"İçində sevgi olmayan çiçəyə də, insana da qıyar"

"İçində sevgi olmayan çiçəyə də, insana da qıyar""Bir neçə gün əvvəl dənizkənarı bulvarda tapdalanmış, qoparılmış çiçəkləri görəndə içim sızladı… Amma etiraf edim ki, çox da təəccüblənmədim. Çünki biz get-gedə gözəlliyə qarşı hisslərini itirən bir cəmiyyətə çevrilirik. Axı, bir insan çiçəyi necə məhv edə bilər? Necə bir gözəlliyi məhv edərkən heç nə hiss etməz axı? Cavab çox ağırdır: içində sevgi olmayan insan hər şeyə qıyar - çiçəyə də, heyvana da, insana da".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb. Aparıcı blogerlərin bulvarda əkilən tülpanları əzməsinə və Türkiyədə məktəblərdə baş verən hadisəyə münasibət bildirib:

"Bu gün dünyada baş verənlər də bunun acı sübutudur. Dünən Türkiyədə məktəbdə baş verən hadisə - bir uşağın əlində silahla öz sinif yoldaşlarına, dostlarına, ona dərs deyən müəlliminə qıyacaq qədər qəddarlaşması sadəcə, bir xəbər deyil, faciədir. Bu, hamımız üçün siqnaldır. Bu "bir yerdə səhv edirik" deməkdir.

Uşaqlar doğulanda mərhəmətli olur. Heç bir uşaq qəddar doğulmur. Onları ya biz belə edirik, ya da gözümüzün qarşısında dəyişirlər və biz bunu görməzdən gəlirik. Bu gün məktəblərdəki vəziyyət də düşündürücüdür. Müəllimlər çox vaxt gördüyünü deməyə, şikayət etməyə çəkinir. Çünki bilir ki, bir çox halda valideyn əvvəlcə öz övladını yox, müəllimi günahlandıracaq. Sosial mediada isə hadisənin mahiyyətini bilmədən, kütlə psixologiyası ilə insanlar məktəbi, müəllimi hədəfə alır. Bəzən bu təyziq o həddə çatır ki, yersiz qınaqlar bir insanı mənəvi olaraq sındırır və özünə qəsdə qədər gətirir. Halbuki müəllim uşağın həyatında valideyndən sonra ən böyük təsir gücünə sahib insandır. Əgər biz müəllimi susdururuqsa, əslində uşağın gələcəyini susdururuq".

Xoşqədəm bildirib ki, uşaqların telefonla çox oynaması bəzi faciələrin səbəbidir:

"Bu gün uşaqların əlində telefon, planşet var. Saatlarla nə oynadıqlarını bilmirik. O oyunlarda nə var?! Zorakılıq, aqressiya, hissizləşmə… Uşaq hər gün bunu görəndə, bir müddət sonra bunu normal saymağa başlayır. Və biz bunu çox gec başa düşürük. Valideyn olmaq qorumaqdır. Nə izlədiyini bilmək, nə oynadığını izləməkdir. Onun qəlbini doldurmaqdır. Qəlbini haqsızlıqla, nifrətlə doldurduğumuz uşaq gələcəyin yırtıcısına çevrilə bilər. Amma biz ona mərhəməti öyrətsək o da bir gün kiminsə yarasını saracaq. Yıxılanı qaldırmağı, haqsızlığa susmamağı, böyük-kiçiyə hörmət etməyi, valideyn haqqını itirməməyi, dəyərlərə sadiq qalmağı uşaqlarımıza aşılasaq, tamam başqa bir dünya qura bilərik.

Bu gün seçim bizimdir: ya uşaqlarımıza sadəcə rahat həyat verəcəyik, ya da onları insan kimi böyüdəcəyik. Çünki bu gün susduğumuz hər bir səhv, sabah bir uşağın əlində silaha çevrilə bilər. Və o silah gəlib, bir gün qapımızı döyə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

TOP MP3