Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötür

Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötürBu gün Bakı Metropolitenində törədilmiş dəhşətli terror aktından 16 il keçir. 3 iyul 1994-cü ildə Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötürTerror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən, anası girov alındıqdan sonra məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
Bakı metropolitenində törədilmiş erməni terrorundan 16 il ötürA.Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar.

P.S: Allah terror qurbanı olan hər kəsə rəhmət eləsin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10539   Tarix: 03 iyul 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"MEQAPLUS MMC"-dən şikayət: "Mənə olan borc elə 130000 manatdır"

Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı -a müraciət edb. O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində "MEQAPLUS MMC" tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsm

16:50 200
.

The New York Post: "Donald Trampın əmri ilə ABŞ yaxın saatlarda Xark adasını ələ keçirəcək"

Donald Trampın əmri ilə ABŞ yaxın saatlarda İranın strateji əhəmiyyət daşıyan Xark adasını ələ keçirmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. BİG.AZ The New York Post-a istinadən xəbər verir ki, Ağ Evə yaxın mənbələrin məlumatına görə, ABŞ ordusu artıq bölgədə tam döyüş hazırlığı vəziyyətin

20:55 164
.

ABŞ səfirliyi: "İraqı tərk edin"

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, səfirlik Yaxın Şərqdə artan gərginlik fonunda hava məkanının qəfil bağlanma ehtimalı barədə xəbərdarlıq edib. Bildirilib ki, bəzi əməkdaşların ölkədə

21:00 140
.

"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?

"Bəzi rəhbər şəxslər cəmiyyətin diqqətini müəyyən sahələrə yönəltmək, ictimai müzakirələr yaratmaq və ya təhsil sistemindəki durğunluğu əsas gətirərək islahatlara zəmin hazırlamaq məqsədilə qəsdən rezonans doğuran, hətta absurd görünən bəyanatlar səsləndirirlər. Bu yanaşma bəzən "şok terapiyası"

15:10 182
.

Bu uşağı tanıdınız? İndi bütün dünya onun dalınca düşüb

"Real" klubu Xulian Alvarea üçün "Atletiko"ya etdiyi 150 milyon avroluq təklifin rədd edildiyini açıqlayıb. Bu hadisədən sonra Xulian Alvaresin 12 yaşında İspaniyaya gələrək "Real" üçün sınaq məşqlərində iştirak etdiyi görüntülər ortaya çıxıb. -ın xarici mediaya istinadə

18:15 237
.

Apple 4 məşhur cihazı "istefaya" göndərir

Apple şirkəti kompüter xəttində Intel dövrünü faktiki olaraq başa çatdırıb. Şirkətin yeni macOS 27 Golden Gate əməliyyat sistemi yalnız Apple Silicon çipləri ilə təchiz edilmiş kompüterlər üçün əlçatan olacaq. xarici mediaya istinadla xəbər verir ki, bu qərar son illərin ən böyük texnoloji dəyişikliklərində

18:45 179
.

Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?

Növbəti iki gün ərzində, iyunun 12-də və 13-də Yer kürəsində geomaqnit şəraitinin pisləşməsi gözlənilir. Buna səbəb artıq bir neçə gündür mütəxəssislərin müşahidəsi altında olan Günəşdəki koronal dəliyin təsiridir. -ın -ya istinadən xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasında

13:51 197
.

Keçmiş köçkünü "Prior Leasing" MMC aldadıb

Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:. - Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanların

16:58 196
.

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Bakı şəhərində fəaliyyət göstərən "Turan" klinikası ilə bağlı ciddi iddialar ortaya çıxıb. XALQ-ın məlumata görə, klinikada çalışan bəzi həkimlərin müvafiq dövlət sertifikasiyasından keçmədiyi, onların bir qisminin isə 65 yaşdan yuxarı olduğu iddia olunur. Bu iddialar səhiyyə sistemində kad

16:18 202
.

TOP MP3