Zəhərli oyuncaqlar

Zəhərli oyuncaqlarOyuncaq, yoxsa təhlükəli oyun?

Cəmiyyət

Uşağa oyuncaqdan maraqlı, əyləncəli nə hədiyyə ola bilər? Yəqin hər kəc rəngarəng, gözoxşayan oyuncaq hədiyyə alan uşağın sevincinin şahidi olub.
Oyuncaqlar körpələrin psixoloji durumunun formalaşmasında böyük rol oynayır. Körpə oyuncaq vasitəsilə dünyanı tanıyır, inkişaf edir.
Ancaq uşaq psixologiyası və səhhəti ilə məşğul olan mütəxəssislər azyaşlı üçün seçim düzgün aparılmadığı təqdirdə nəticənin acınacaqlı ola biləcəyini istisna etmirlər.
Mütəxəssislər bildirir ki, uşaqları 1-3 yaşına qədər mürəkkəb oyuncaqlarla yükləmək olmaz. Oyuncaq seçimi sadədən mürəkkəbə doğru aparılmalıdır. Uşağın psixologiyasına mənfi təsir edə bilən, qorxu yaradan oyuncaqlardan uzaq durmaq məsləhət görülür.
Bu sahə ilə məşğul olanların oyuncaq seçimi zamanı keyfiyyətə də önəm verməyi məsləhət görür. Mütəxəssislər xəbərdar edir ki, keyfiyyəti, tərkibi məlum olmayan oyuncaqlar körpədə ciddi fəsadlar yarada bilər.

"Beybi-şop", "Mazakeya" hər kəsin cibinə uyğun deyil

Bu gün dünyada oyuncaq industriyasına hökmranlığı Çin edir. Statistikaya görə, Avropa Birliyi ərazisində satılan hər 4 oyuncaqdan 3-ü Çin istehsalıdır. Oyuncaq bazarında liderliyi ələ keçirən çinlilər hər il ABŞ-a, Avropaya, post sovet ölkələrinə və s. milyardla dollarlıq oyuncaq ixrac edir. Artıq isbat olunub ki, Çinin oyuncaq istehsal edən müəssisələri oyuncaqların hazırlanmasında sənaye məhsullarının tullantılarından istifadə edir.
Təhlükəli oyuncaqların hədəfi olan uşaqların isə uşaq ağlına kələ də bilməz ki, onların sevib əzizlədiyi oyuncaqlar nə dərəcədə təhlükəlidir.

Paytaxtın oyuncaq bazarı da Cin oyuncaqları ilə zəngindir. Apardığımız müşahidələr zamanı, rəflərdə ancaq Çindən gətirilmiş oyuncaqlarla rastlaşdıq. Metro keçidlərində, ticarət mərkəzlərində "tolkuçka" larda, apardığımız müşahidə zamanı oyuncaqların böyük əksəriyyətinin Çin istehsalı olduğunu gördük. Digər ölkələrin istehsalı olan oyuncaqların alıcısı isə başının üstündədir. Çünki onların qiyməti digər ölkələrdə istehsal olunanlardan bir neçə dəfə ucuzdur.
Metronun "20 yanvar" stansiyasında oyuncaq satışı ilə məşğul olan satıcıdan oyuncaqların sertifikatı, keyfiyyət zəmanətinin olub-olmadığı xəbər aldıq. Bu barədə təssəvvürə belə malik olmayan satıcı oyuncaqları topdansatış mərkəzlərindən alıb üstünə 1 - 2 manat qoymaqla satdığını dedi.
Diqqətlə baxanda solğun, keyfiyyətsiz, kənar tikişləri sökülmüş oyuncaqların qiyməti ilə də maraqlandıq. Satıcı ümumilikdə qiymətlərin 1 - 8 manat arasında dəyişdiyini dedi: "Keyfiyyətli oyuncağın qiyməti 50-100 manatdır. Metroda belə oyuncaqları nə satan var, nə də alan. Oyuncaq almağa gələnlərin hamısı ucuzunu axtarır. Heç kim onun harada və necə istehsal olunması ilə maraqlanmır".
Paytaxtda keyfiyyətli, sertifikatlaşdırılmış və bütün tələblərə cavab verən oyuncaqlar da tapmaq olar.
"Beybi-şop", "Mazakeya" kimi mağazalar şəbəkəsində bütün standartlara cavab verən Almaniya, Rusiya, Türkiyə istehsalı olan oyuncaqlar var. Onların da qiymətləri ilə maraqlandıq. Həmin mağazalarda ən ucuz oyuncağın qiyməti 20 manatdır. Satıcılar alıcıların o qədər də çox olmadığını dedilər: "Bu oyuncaqları daha çox hədiyyə və imkanları ailələrin uşaqları üçün alırlar".

Uşaq oyuncaqları ən gəlirli biznes sahəsidir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Çin istehsalı olan oyuncaqların tərkibində kimyəvi və toksikoloji maddələrin olduğunu deyir: "Uşaq oyuncaqları istehlak bazarının ən gəlirli biznes sahələrindəndir. Hər il ölkədə 100 minə yaxın uşaq dünyaya gəlir. Bu rəqəm oyuncağa nə qədər tələbatın olmasının əyani sübutudur. Uşaqlar 1 yaşından 6, bəzən də daha böyük yaşlarına qədər oyuncaqlara maraq göstərirlər. Ona görə də, bu məhsulla tələbat hər vaxt azalmır.
Əlaqəli qurumlar ölkəyə gətirilən uşaq oyuncaqlarını gigiyenik göstəricilərinə görə yoxlayır və onlara müvafiq sertifikat verilir. Ancaq keçirdiyimiz monitorinqlər zamanı satışda olan oyuncaqların 80 faizində müvafiq sənədlərin olmadığının şahidi oluruq. Bu məhsulların ölkəyə hansı yolla gətirilməsi isə sual altındadır. Mənşəyi naməlum olan oyuncaqlar uşaqlar üçün ciddi təhlükə mənbəyidir. Belə ki, oyuncaqla təmasda olarkən kimyəvi maddələr uşağın mədəsinə daxil olarsa allergiya və başqa xəstəliklərin yaranmasına səbəb ola bilər. Əslində uşaq oyuncaq plastikdən hazırlanmalıdır. Ancaq indi plastik oyuncaq tapmaq müşkül məsələdir. Oyuncaqların tərkibi qurğuşun, boyaq maddələri, maqnitlərdən ibarətdir. Oyuncaq təhlükəsi uşaqların beyninə təsir edərsə azyaşlının iflic olması da istisna olunmur".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı mütəmadi olaraq uşaq oyuncaqlarının monitorinqinin aparıldığını deyir: "Ölkəyə daxil olan bütün oyuncaqlar yoxlanılır və sertifikatlaşdırılır. Monitorinqlər zamanı aşkarlanan keyfiyyətsiz məhsullar satışdan çıxarılır. Aparılan bu tədbirlər nəticəsində ötən illərlə müqayisədə keyfiyyətsiz oyuncaqların sayı xeyli azalıb. Düzdür, onların qarşısını tamamilə almaq mümkün olmayıb. Keyfiyyətsiz məhsulların satışa yol açmasında isə qaçaqmalçıların böyük rolu var. Problemə qarşı dövlət səviyyəsində tədbirlər görülür. Oyuncaq alarkən valideynlər də diqqətli olmalıdırlar. Rəngi, tikişi davamlı olmayan, tükləri tez qopan oyuncaqları almaqdan çəkinmək məsləhət görülür".

mənbə: sia.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 8999   Tarix: 08 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3