İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)

Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyində görülən bir sıra işlərlə tanış olublar.

Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində Ulu Öndərin adını daşıyan Muzeyin istifadəyə verilməsi dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Muzeydəki hər bir eksponat da təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu Öndərin də taleyi əslində bir insanın ömür yolu deyildir. Bu, Azərbaycanın tarixidir. O tarix ki, XX əsrin ikinci yarısında Azərbaycanın ayrılmaz parçası olub. Ümummilli Liderin yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilmişdir. Muzeydə təqdim olunan materiallardan da görünür ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin titanik xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmiş, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etmişdir. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Bununla da Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazıb.

Heydər Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən bir neçə ekspozisiya zalının istifadəyə verilməsi də bu Mərkəzin fəaliyyətinə daha bir özəllik qatır. Bu ekspozisiyalarda qədim insan məskəni olan Azərbaycanın keçdiyi tarixi dövrlər haqqında geniş məlumat verilir, qədim zamanlardan indiyədək qorunub saxlanılan maddi-mədəniyyət nümunələri təqdim olunur. Bundan başqa, Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərindən bəhs edən ekspozisiya zalları, heç şübhəsiz ki, buraya gələn hər kəsdə ölkəmiz haqqında müfəssəl təəssüratın və zəngin informasiyanın yaranmasına imkan verəcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirdi ki, xalqımızın ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi Muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da öz növbəsində Muzeyin orijinallığını daha da artırır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Dövlət başçısına və xanımına məlumat verilib ki, müasir texnologiyalar əsasında qurulan Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və Ulu Öndərə bağışlanan hədiyyələrin fotoları əks olunur. Eyni məkanda həmin hədiyyələrin orijinalları da muzeyə gələn qonaqların diqqətinə çatdırılır. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Bir sözlə, dizaynı və tətbiq edilən yeni texnologiyalarla fərqlənən Muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.

Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini, adət-ənənələrini, milli dəyərlər və mədəni irsimizi öyrənmək, təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılmışdır. Mərkəzin sərgi zalları bölməsinin birinci mərtəbəsində "Azərbaycan inciləri" sərgisi təqdim edilir.

Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir bir vasitə kimi diqqəti cəlb edir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən biri tariximizin bütün dövrlərinin bir arada təqdim olunması, mədəniyyətimizin müxtəlif sahələrinə dair eksponatların nümayiş etdirilməsidir. Belə ki, qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir.

Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Mini Azərbaycan" sərgi zalında da oldular. Bildirildi ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda bu layihə çərçivəsində 24 tarixi bina və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır. "Mini Azərbaycan" layihəsi Azərbaycan tarixi, milli memarlıq sənəti barədə məlumat əldə etmək baxımından sakinlər və qonaqlar üçün qiymətli layihədir. Gələcəkdə Azərbaycanda mövcud olan daha 21 memarlıq abidəsinin maketləri hazırlanacaqdır.
Diqqətə çatdırıldı ki, Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar nəşrlər hazırlayıb.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.

mənbə: qafqazinfo.az

İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)İlham Əliyev və xanımı Heydər Əliyev Muzeyində (Fotolar)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7417   Tarix: 10 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

TOP MP3