Şıxəli Qurbanovun adı teatrdan götürüldü

Şıxəli Qurbanovun adı teatrdan götürüldüAzərbaycanın görkəmli ictimai-siyasi xadimi Şıxəli Qurbanovun adı musiqili Komediya Teatrından götürülüb. Teatrın adı da dəyişdirilib. Bundan sonra mədəniyyət ocağı Musiqili Teatr adı altında fəaliyyət göstərəcək. Aprelin 18-də təmirdən çıxan teatr binasının qırmızı lentini prezident İlham Əliyev kəsib.

Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova atasının adının teatrdan götürülməsi ilə bağlı etirazlarını "Yeni Müsavat"a bildirib. Onun fikrincə, bu məsələyə qərəzlə yanaşılıb:"Hər il teatr mövsümü Şıxəli Qurbanovun əsəri ilə açılırdı. Heç şübhə eləmirəm ki, bu məsələdə şəxsi ambisiyalar yol oynayıb".

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva isə teatrın adının dəyişdirilməsini onun spektrinin genişlənməsi ilə izah edib:

"Şıxəli Qurbanov Azərbaycanın layiqli övladlarındandır. 1969-cu ildə dünyasını dəyişən şəxslə bağlı hansı qərəzdən söhbət gedə bilər? Bu məsələ Şıxəli Qurbanovun şəxsiyyəti ilə bağlı deyil. Rəhbərlik belə qərara gəldi ki, bundan sonra teatr təkcə komediya janrındakı əsərləri deyil, ümumiyyətlə musiqi əsərlərini səhnələşdirəcək. Teatrların həyatında, ümumiyyətlə mədəniyyət sahəsində islahatlar aparılır. Musiqili Komediya Teatrının da adı bu islahatlar çərçivəsində dəyişdirilir. Mirzə Fətəli Axundovun da adı bir neçə il öncə Akademik Dram Teatrından götürülüb. İndi kimsə deyə bilərmi ki, bu Mirzə Fətəlinin şəxsiyyətinə qərəzli münasibətlə bağlıdır? Bütün bunlar teatrların həyatına müsbət təsir edir".

Zöhrə Əliyevanın sözlərinə görə, Şıxəli Qurbanovun adının teatrdan götürülməsi heç bir halda onun əsərlərinin repertuardan çıxarılması və ya Şıxəli Qurbanovun musiqili komediya janrındakı yaradıcılığının arxa plana keçməsi anlamına gəlmir.

Yada salaq ki, Şıxəli Qurbanov Sovet dönəmində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. Milli dəyərlərə xüsusi diqqət yetirən Ş.Qurbanov 1967-ci ildə uzun Sovet qadağalarından sonra Bakıda Novruz şənliklərinin keçirilməsinə nail olub. O, 1969-cu ildə qəfildən vəfat edib.

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1897   Tarix: 19 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068