Qızıl haqqında maraqlı faktlar (Fotolar)

Nadir metal

Doğrudan da qızılı belə bir mötəbər edən nədir? Yer kürəsində bu metalın ehtiyatları çox deyil. Rast gəlmə ehtimalına görə 73-cü elementdir. Lakin nəzərə alın ki, platin daha nadir metaldır və qiyməti qızıldan bahadır.

Bütün dünya dillərində qızıl adı ya "sarı", ya da "qırmızı" mənasını verir. Onun Latınca adı Aurum da "dan parıltısı" və ya "şəfəq" deməkddir.

Qızılı nəcib metal edən odur ki, o başqa kimyəvi maddələrlə gümüş kimi reaksiyaya girmir. Qızıl həmçinin çox plastikdir və onu döyərək son dərəcə nazik lövhə şəklinə salmaq mümkündür. Məsələn, düyü boyda qızılı döyərək ondan 1 kvadratmetr sahəsi olan lövhə hazırlamaq olar.

20 ildən sonra qızıl tükənəcək

1500-cü ildən bəri cəmi 100 min ton qızıl çıxarılıb və onun qırx faizi bir yerdən - Cənubi Afrikanın Vitvotersrand əyalətindən gəlir. Ən paradoksal hal budur ki, dünyada nadir tapılan qızıl, aşkar olunarkən bəzən çox asanlıqla çıxarılır. O düyü və ya noxud boyda dənələrlə üzə çıxa bilər. Qızılın qeyri-reaktiv təbiəti onu qarışıqlardan təmizləməyi rahat edir. Məsələn, tərkibində qızıl olan süxurları adi xörək duzu ilə birlikdə qızdırmaq kifayətdir ki, başqa metallar yanıb tökülsün və yalnız təmiz qızıl qalsın.

Lakin qızıl yataqlarını tapmaq getdikcə çətinləşir. Bu gün qızıl mədənlərində 500 min insan çalışır, lakin bir ildə əldə edilən qızıl 2500 tonu keçmir. Təxminlərə görə dünyada asanlıqla çıxarılacaq qızılın yalnız 20 illik ehtiyatı qalıb.

Qızıla sevgi qanımızdadır

Bəli qızıl, gözlənilməyən yerlərdə də olur. Məsələn, bizim qanımızda. Lakin bu ən qeyri-kommersiya qızıl mənbəyidir. Çünki onun qanımızdakı miqdarı 0,2 milliqramdır. 8 qram qızıl 40 min nəfərin qanından əldə oluna bilər.

Bəzi küknar növləri və doqquzdon adlı bitki də torpaqdan qızıl sormaq xüsusiyyətinə malikdir. Doqquzdon Bakının bir çox məhəllərində, adətən bağçaların çəpərlərində bitir. Lakin bu da kommersiya əhəmiyyəti daşımır.

Qızılın ən böyük ehtiyatı dünya okeanıdır. Orada 10 milyon ton qızıl var, amma bunun da da emalı olduqca baha başa gələ bilər. O qədər baha ki, heç dənizə girməyə də dəyməz.

Yeməli qızıl

Qızılın e-nömrəsi də var: E175. Bu isə o deməkdir ki, Avropa İttifaqı və İsveçrə standartlarına görə, qızıl qida əlavəsi kimi işlədilə bilər və səhhət üçün heç bir təhlükə təşkil etmir.

Məsələn, İsveçrədə istehsal olunan darçınlı "Goldschlager" likörlərinin içində qızıl zərrəcikləri var.

Qızıldan təbabətdə revmatik artritlərin müalicəsi üçün istifadə olunur və buna "qızıl terapiyası" deyilir.

Diş həkimləri qızılın dünya ehtiyatının 2 faizindən istifadə edirlər ki, bu da 60 ton deməkdir.

Lakin unutmayın ki, qızıl dişin yalnız 75 faizi qızıldır. Qalanı gümüş, palladium və sinkdən ibarət olur.

Təmiz qızıl

Qızılın təmizliyi karatlarla ölçülür. Karat yunan sözü olan kerationdan götürülüb. Noxudkimilər fəsiləsinə aid olan bu bitkinin Azərbaycanca rəsmi adı buynuzcuqlu seratoniyadır. Belə hesaab olunur ki, bu bitkinin 24 toxumu ilə eyni çəkidə olan qızıl sikkə ən təmiz qızıldır. 24 karatlı qızıl 99,99 faiz qızıl deməkdir. Avropada 24 karatlı qızıldan sonra 18 karatlı qızıl gəlir. Belə qızılın tərkibində 75 faiz qızıl var.

Britaniyada 9 karatlı qızıl məmulatları geniş yayılıb. Belə qızıldan hədiyyələr üçün zinət əşyaları hazırlanır. Lakin 9 karatlı boyunbağıların qutusunda yazılır ki, duş qəbul edərkən belə hədiyyəni boynunuzdan açmanız məsləhətdir. Çünki onun yalnız 38 faizi qızıldır və o su dəydikdə qarala bilər.

Hər ölkədə qızılın "öz təmizliyi" var

Çində, Honk Konqda, Tayvanda, Malaziyada, İndoneziyada və bir sıra Ərəb ölkələrində təmiz qızıl deyəndə 24 karatlıq qızıl başa düşülür (99,99 faiz).

Böyük Britaniya, Banqladeş, Hindistan və Şri-Lankada 22 karatlıq (91, 6 faiz) qızıl ən yaxşı qızıl hesab olunur.

Dubay da daxil olmaqla, Fars körfəzi ölkələrində 21 karatlıq (87,5 fazi), Misirdə 18 karatlıq (75 faiz) qızıl ən yaxşı qızıl sayılır.

Almaniya, Aralıq dənizi hövzəsi, Türkiyədə ən yüksək əyarlı qızıl deyərkən, 18 karatlıq (75 faiz) qızıl başa düşülür.

Portuqaliyada və Cənubi Avropanın bir sıra ölkələrində ən yaxşı qızılın karatı 19.2-dir (80 faiz). "Rolex" saatları əsasən belə qızıldan hazırlanır.

Keçmiş Sovet ittifaqında ən yaxşı qızıl sayılan 585 əyarı 58, 6 faizə uyğun gəlir. Rusiyada zinət əşyaları üçün 375, 500, 585, 750, 900, 916 və 958 əyarlı qızıldan istifadə edilir. Belə əşyalarda qızılın faizini bilmək üçün əyarda 2-ci və 3-cü rəqəmin arasına vergül qoymaq lazımdır. Yəni 900 əyarlı qızılda 90,0 faiz qızıl vardır.

mənbə: publika.az

Qızıl haqqında maraqlı faktlar (Fotolar)Qızıl haqqında maraqlı faktlar (Fotolar)Qızıl haqqında maraqlı faktlar (Fotolar)Qızıl haqqında maraqlı faktlar (Fotolar)Qızıl haqqında maraqlı faktlar (Fotolar)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10400   Tarix: 17 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

TOP MP3