Lətifələr (Hacı dayı)

Lətifələr (Hacı dayı)Bir gün Hacı dayı ovdan qayıdır. Qonşular ondan xəbər alırlar:
-Ovun bərəkətti olsun. Necə doşan vurmusan?
Hacı dayı deyir:
-Ov, nə ov… Heç əl-ayağını yığıb yığışdırmaq olmurdu. Biri burdan qaçırdı, biri ordan qaçırdı. A gözözu yiyim, birinə gözüyumulu atdım, gülləm düz qulağının dibinnən ötüb keçdi. İkincisini allah qorudu, atəşim boşa çıxdı, bir də gördüm budu ha, üçüncüsü kolun dibinnən çıxıb bir qaçır, bir qaçır. O da çox uzaqdaydım. Gülləyə heyfim gəldi…
Dinləyənlər dözməyim kişinin sözünü kəsirlər:
-Müxtəsər elə, neçəsini vurdun?
Hacı dayı kefini pozmadan cavab verir:
-Ə, altı aylıq-zad döyüsüz ki, Fikrimi çaşdırmayın. Hayındı üçünnən danışdımmı? Yeddisini də vursaydım, neçə eliyacahdı?
Lətifələr (Hacı dayı)Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.

Lətifələr (Hacı dayı)Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.
Lətifələr (Hacı dayı)Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır. Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz.
Soruşurlar:
-Hansılardır o şərtlər?
Cavab verir:
-Ayağını isti saxla,
Başını sərin.
Yeməyi unutma,
Düşünmə dərin.

Lətifələr (Hacı dayı)Belə söyləyirlər ki, Hacı dayının lap cavan vaxtlarıymış. Bir dağ kəndinə qonaq gedir. Görür ki, düşdüyü evin sakinləri yasa batıblar. Həmişə onu görəndə eyinləri açılan adamların elə bil dəryada gəmiləri batmışdı.
Hacı soruşur ki, xeyir ola, hayındı dünyanın axırıdı?
Ev sahibi deyir:
-İstilər düşəndən camaatın qara günləri başlayıb, ay Hacı. Bir üçbaşlı dev oturub Kiş çayının mənbəyində. Su üzünə həsrət qalmışıq. Daa kələyimiz kəsilməsin deyən ona ayda bir qız veririk. O qızı yeyəndə təpə boyda arxasını bir az tərpədir, aradan keçən su bizə tərəf gəlir, ayın axırınacan ehtiyatımızı götürürük. Yığılıb püşk atmışıq. Hər ay bir ailədən qız qurban veririk. İndi növbə çatıb bizim aman-zaman balamıza. Sabah aparıb onu diri-gözlü devin ağzına atmalıyam.
Hacı təəccüblənib deyir:
-Allah sizə insaf versin, a kişi, hayındı öydə qurbannıx qoyun-zad bəsləmirsiniz ki! Gül kimi qıza heyfiniz gəlmir? Bu yaşa çatdırıb bir mənim kimi halal süd əmmişin evinə köçürmək əvəzinə, öz əlinizlə aparıb devə niyə verirsoz?
-Bəs onda nağarax, o boyda devlə vuruşax deyirsən?
-Siz durun, bir qəşəng piti hazırlayın, kəmərimi yaxşı-yaxşı bərkidim. Sabah ağır günüm olacaq, o devin işini özüm həll edərəm.
Səhər Hacı kişi ilə dağa qalxır, gethaget çayın mənbəyini axtarırlar. Neçə qaya adlayırlar. Axır Hacının kələyi kəsilir. Onların qarşısına elə hündür, qapqara təpə çıxır ki, Hacı hövsələsini basa bilməyib deyir:
-A kişi, sən məni bu dağlara, daşlara nə çox dırmaşdırırsan? O qara təpəni də o üzə adlasam, devlə hesablaşmağa heyim qalmayacaq.
Kişi deyir:
-Elə o qara təpə devin özüdü də. «Mənəm-mənəm» deyib sinənə çox döyürdün. Get, hünərini göstər.
Hacı bir aşağıdan yuxarı devə baxır, bir özünə baxır, ağlı nə kəsdiyinin biruzə vermir. Görür ki, dev azacıq tərpənəndə hələ yeli ağacları kökündən qopardır. Amma iş işdən keçmişdi. O boyda gövdəni əldən buraxmaq da insafdan deyildi. Kişiyə deyir:
-Hayındı o devdisə, mən də Hacıyam. Sən düş aşağı, kəndə xəbər elə. O dev dev olub məni yesə, bir az qurcuxar, bir aylıh suyunuz olar. Amma Allah qoluma, belimə qüvvət versə, o devin təpələrini dağıdacağam. Onda camaata de, qorunsun. Sel gələcək.
Kişi qorxusunnan özünü yuxarıdan aşağıya diyirlədir. Kənd əhlinə hal-qəziyyəni danışır. Deyirlər, Hacı hara, dev hara? O, yə‘qin səninlə zarafatlaşıb. Sel təhlükəsi ola bilməz.

Lətifələr (Hacı dayı)Budu ha, bir də görürlər yuxarıda bir gurultu, nərilti qopdu, bir həngamə baş verdi ki, gəl görəsən, yer-göy titrəyir. Elə bil iki dağ aralanıb, sonra təzədən kəllə-kəlləyə dəyir. Elə ki, bir də geri qanrılır, sinələri ilə qoruduqları suyun qabağından çəkilib ağzı aşağı buraxırlar.
Adamlar ancaq canlarını götürüb selin qabağından qaça bilir.
Sel kəndin bütün evlərini yuyub aparır. Bir də görürlər ki, div də suyun üzündə aşağı diyirlənir. Hacı da minib belinə, onun hər kəlləsinə bir yumruq ilişdirir. Gəlib adamların yanından keçəndə camaatın qulağına Hacının səsi dəyir.
O, bağıra-bağıra devə deyir:
-Ə, köpək oğlu, bu üç başı gəzdirirməklə neçə vaxtı camaatın abır-həyasını tökmüsən, kənddə-kəsəkdə day nişannı qız qoymamısan, belə arxalısansa, bəs sənin iki dalın hanı? Bir saatdı vurnuxuram, ancaq üç başını, bir də bir arxanı tapammışam. Hayındı o iki arxanın da yerini nişan verməyincə, təpələrini beləcə dağıdacam.
Ha bu sözü demişdi ki, sel onları bir göz qırpımda aparıb Trud düzündəki dərələrin birinə tulladı.
Deyirlər, dev sonralar özü də allahın bu işinə təəccüb qalır. Üç boynunu döndərib arxasına baxır, elə hey fikirləşir ki, gərəsən, iki dalını harda itirib? Ona görə də xəcalətindən dərədən çıxmır. Bir daha suyun qabağını kəsib-eləmir.

Lətifələr (Hacı dayı)Hacı dayı «Dostluq» restoranında doyunca yeyib-içib, durur ayağa. Yıxıla-yıxıla çıxır küçəyə, başlayır taksi gözləməyə. Kec olduğu üçün taksi görünmür. Bunu uzaqdan tini düz görən birisi ürəyində deyir ki, yaxşı düşüb əlimə, gecə qara, cücə qara, ayaq üstə gücnən durur, bir təhər sürüyə-sürüyə aparım evlərinə, bəlkə cibində bir şey oldu. Gəlib girir kişinin qoluna. Deyir:
-A canoo yiyim, ölməmişəm ki… Gə, səni öyoza aparım.
Dalda yerdə əlini salıb onun cibindən bir qızıl onluq götürür. Qapısından içəri buraxıb sevinə-sevinə geri qayıdır.
Aradan bir müddət keçir. Hacı dayı yenə həmən yerdə tinini düzəldib yola çıxır. Taksi gözləyəndə o adam hardansa peyda olub deyir:
-Gə, səni öyoza aparım.
Hacı dayı qolunu dartıb dillənir:
-Ə sən baha aparırsan. Taksi sərfəlidi, bir maata minif gedərəm.
Lətifələr (Hacı dayı)Lətifələr (Hacı dayı)Hacı dayı, adəti üzrə, eşşəyinə minib yolun ortasıyla rayona gedirdi. Arxadan maşınla gələn rayon prokuroru ona sataşmaq istədi, siqnal verib qara «Qaz-21»ni düz eşşəyin quyruğuna dayayıb, saxladı. Pəncərədən başını çıxardıb səsləndi:
-Ə, eşşək qardaş, yoldan çıxsana!..
Hacı dayı heç halını pozmadı. Ayağını aşırıb, eşşəyin belindən yerə endi. Yüyəni əlindən buraxıb kənara çəkdi. Eşşək də belinin yüngülləşməyindən tənbəllik eləməyib bir az da rahatlanmaq istəyir, yolu tamam batırırı. Yaş təzək sıçrayıb par-par parıldayan «Qaz-21»-in qabaq hissəsinə qəribə naxışlar vurur.
Prokuror səsinin yoğun yerinə salıb deyir:
-Ə, sa dimədim, yoldan çəkil?
Hacı dayı gülməyini zorla saxlayıb dillənir:
-Hayındı, mən yolun qırağındayam. Zəhmət çək, qardaşını özün yoldan kənarlaşdır.

Lətifələr (Hacı dayı)Hacı dayı nəvəsi ilə heyvanxanaya gedir. Meymun, zürafə, tovuzquşu ilə əylənir. Elə ki, şir, bəbir, canavar, timsah saxlanan qəfəslərin qarşısına çatırlar, uşaq mısmırığını sallayır. Hacı dayı ona dondurma, şirini alır, amma nəvəsinin qaş-qabağı açılmır ki, açılmır. Kişi dözməyib soruşur.
-Saa azar-zad dəyitdi?
-Yo, baba, habırda ilişib qalmaxdan qorxuram. Yolu tanımıram, öyümüzə nə təhər gedicəm?
-Baban ölmüyütdü, aparicihdi.
-Öyün pulları yeşirindin, nənəm diyirdi: kişimi şirə-zada rast sal, aparıb yisin, habı pullarla biz ağ günə çıxaq. Hayındı səni o şir yisə, mən evə necə gedicəm?


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7945   Tarix: 30 yanvar 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

TOP MP3