Sahibsiz itlər qəbirləri dağıdır (Video)

Sahibsiz itlər qəbirləri dağıdır (Video)Gündüzlər ətraf ərazilərdə zibilxanalarda qida axtarışında olan sahibsiz itlər axşamlar sürü halında Biləsuvar rayonunun mərkəzi qəbiristanlığında gecələyir. Sakinlərin sözlərinə görə, qəbiristanlığın ərtafında xüsusi mühafizə hasarlarının olmaması isə nəinki itlərin, hətta bir çox vəhşi çöl heyvanlarının məzarlıqda maneəsiz gəzib-dolaşmasına səbəb olur.

Amma bu heyvanlardan yalnız sahibsiz itlər məzarlıqdakı qəbirlərə qənim kəsiliblər desək, tam yerinə düşmüş olar. Buradakı qəbirlərin itlər tərəfindən qazılaraq bərbad vəziyyətə salınması məzar ziyarətinə gələnləri dərdlərinin üstünə yeni dərd əlavə edir.

Nəzarətsiz olan Biləsuvar qəbiristanlığında hər gün onlarla bu kimi, dağıdılan qəbirlərə rast gəlmək mümkündür. Məzarlığa nəzarəti, əslində, Biləsuvar Rayon Bələdiyyəsi həyata keçirir. Bələdiyyədən bununla bağlı bildirilib ki, sözügedən qəbiristanlığa 1 gözətçi təyin olunub, lakin ona aylıq hər hansı məvacib verilmir. Bunun müqabilində həmin gözətçiyə qəbiristanlıqda pulla qəbir qazmaq və məzarlıq üçün lazım olan tikinti materialları satmağa icazə verilib ki, özü-özünü maliyələşdirə bilsin.

Deyəsən, mühafizəçinin başı məzarlıqdakı alverə qarışdığı üçün qəbirləri mühafizə etməyi çoxdan unudub. Əgər belə olmasaydı, qəbirlər də belə vəziyyətə düşməzdi.

Görünür, sakinlər doğmalarının qəbirlərdə rahat uymağını istəyirlərsə, o zaman məzarlığa öz hesablarına qoruyucu hasar çəkdirməli olacaqlar.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2288   Tarix: 06 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390