Rövşən Lənkəranski kimdir? (Həyatı)
Rövşən Lənkəranski - onun adı mətbuatda tez-tez hallanır. Amma iki gün öncə yanvarın 16-da Rusiyada (Kremlin yaxınlığındakı "Karetnıy dvor" restoranının girişində) güllələnərək öldürülən "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın qətli ilə yenidən gündəmə gəldi. Əlbəttə, Lənkəranskinin bu qətldə əlinin olub-olmadığını istintaq dəqiqləşdirə bilər. Bizə isə istənilən halda maraqlıdır: Rövşən Lənkəranski kimdir? Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara rayon xalq məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb. Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı məhkəmə qarşısına buna görə də çıxarılıb.
Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə - Dubaya getdiyi deyilir. Amma deyilir, təbii ki, harada olduğu dəqiq məlum deyil…
mənbə: xezerxeber.com
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 13535 Tarix: 20 yanvar 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXidmetler.AZ - IT, internet, SMM xidmətləri
ın IT, İnternet və SMM bölməsi ən çox baxılan bölmələrdəndir. Xidmətə instaqram və tiktok panel xidməti, 1C proqramı servisi, proqram təminatı, proqramların yazılması, telefon proqramlarının yüklənməsi, oyunların yüklənməsi, mini ATS-lərin quraşdırılması, veb sayt dizaynı, İT support xidməti, mobil əlavələri
17:06 540 Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı
Çox vaxt uşaqların qışqırması və göz yaşları valideynlərdə ciddi narahatlığa səbəb olur. Lakin mütəxəssislər bildirirlər ki, belə hallarda böyüklər özlərini təqsirkar hiss etməməli və baş verənləri azyaşlının hisslərinin normal ifadəsi kimi qiymətləndirməlidirlər. xəbər verir ki, bu barədə "Tibb"
17.05.2026 266 Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
Təmizlik tez-tez nəzərdən qaçırılan bir məsələdir, lakin yuxu keyfiyyəti və ümumi gigiyena üçün çox vacibdir. Gün ərzində dərimiz daim tər, toz və ətraf mühit amillərinə məruz qalır və bu, yataq dəstlərimizdə də əks olunur. Buna görə də, yataq dəstlərinin müntəzəm olaraq dəyişdirilməsi təkcə təmizli
10.05.2026 260 Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək
Tərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir. xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib. "Dördayaqlı dostlarımızı
10.05.2026 378 İmtahandan əvvəl nə yeməli? - Diqqəti və yaddaşı gücləndirən qidalar
İmtahandan əvvəl nə yeyib-içdiyiniz sizin diqqətinizi, yaddaşınızı və enerji səviyyənizi birbaşa təsir edə bilər. Yaxşı xəbər budur ki, bunun üçün bahalı "super qidalara" ehtiyac yoxdur; sadəcə bəzi təməl qaydaları bilmək kifayətdir. imtahan öncəsi qidalanma üçün qısa bələdçini təqdim edir:
10.05.2026 328 Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? - VİDEO
16 il əvvəl Azərbaycanda avtomobil sənayesində mühüm addım atıldı. Ölkəmiz öz avtomobil istehsalına başladı. Bu hadisə bir çox vətəndaş tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. İnsanlar düşünürdülər ki, yerli istehsal olan avtomobillər xarici markalarla müqayisədə daha münasib qiymətə təqdi
17.05.2026 194 Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
Nvidia şirkətinin rəhbəri Jensen Huang yaxın illərdə santexnik, elektrik və qaynaqçı kimi peşələrə böyük tələbat yaranacağını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu sahələrin əsas üstünlüyü ondadır ki, süni intellekt və neyroşəbəkələr hələlik bu peşələri tam əvəz edə bilmir
17.05.2026 208 Turlar.AZ - Türkiyə turları
Pulsuz elanlar saytı olan -da Türkiyənin saysız-hesabsız turları təklif olunur. Bunlar arasında ən məşhurları İstanbul turları, Bodrum turları, Marmaris turları, Kuşadası turları və Antalya tur paketləridir. Xarici turlar arasında endirimli turlara da rast gəlmək mümkündür. Odur ki, tələsin! İlin istənilə
20.05.2026 931 Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
17.05.2026 3418