Yaponlar intiharların qarşısını almaq üçün İslama üz tutublar

Yaponlar intiharların qarşısını almaq üçün İslama üz tutublarFaktXeber.com-un verdiyi məlumata görə, Yaponiyada hər il təxminən 30 min insan intihar edir. Bir qrup yaponiyalı mütəxəssis, ölkəni cənginə almış problemin qarşısını almaq üçün vətəndaş cəmiyyəti yaradaraq fəaliyyət başlayıblar. 2006-cı ildən etibarən fəaliyyətə başlayan mütəxəssislər, bir çox islam ölkələrində araşdırmalar aparıblar. İslam dünyasının bir çox sosioloq, psixoloq və ilahiyyatçı alimləri ilə görüşən yaponiyalı mütəxəssislər, müxtəlif nəticələr əldə ediblər.

Qrup rəhbəri Natsuko Komakı araşdırmalardan sonra açıqlama verib ki, islam ölkələrində din anlayışı və qohumluq əlaqələri olduqca güclüdür. Ona görə də bu ölkələrdə intihar hadisələri həddən artıq az olur: "İnanc amili insanların iqtisadi və sağlamlıqdan doğan problemlərin qarşısını almağa yardımçı olur. İslami dəyərlərin aşıladığı əməlləri ilk öncə özümüz öyrənib, sonra isə cəmiyyətə tətbiq etməliyik. Hazırda Yaponiya universitetlərində "İslamiyyat və İntihar" adlı elmi araşdırmalar aparılır. ", -deyə Natsuko əlavə edib. Natsuko onu da bildirib ki, islam ölkələrində ki, intihar hadisələrinin Yaponiyadan ən aşağısı 3 dəfə az olmasının 3 səbəbi var: "Bu səbəblər Allah, ailə və insanlarla olan əlaqədən ibarətdir. İslamiyyətin Allahla qul arasındakı əlaqəsini cəmiyyətimizə izah edə bilməsəkdə, ailə və insanlarla bağlı dəyərlərin cəmiyyətimizə tətbiqi mümkündür."

Mütəxəssis qrupunun digər bir üzvü olan hazırda TV prodüseri vəzifəsində çalışan Yasınıkı Şimizu intihar hadisələrinin bir çox səbəblərindən yazıb: " İntihar hadisələrinin başında ilk öncə iqtisadi problemlər durur. Belə ki, işdən çıxarılma, iş tapa bilməmə, kimi hallar intiharların reallaşmasına gətirib çıxarır. Yaponiya cəmiyyətində kişi önəmli yer tutmaq məcburiyyətindədir.

Cəmiyyətdə özünü tək hiss edən kişi çətinliklərini digərləri ilə paylaşa bilmir. Çünki buna Yaponiya kişiliyinin qüruru imkan vermir. Ona görə də intihar edənlərin 60%-i kişilərin payına düşür. 25-30 ildir fəaliyyət göstərdiyi iş yerindən çıxarılan yaponiyalı, ev krediti ilə bağlı iqtisadi böhran yaşayır. Depressiyaya düşdükdən sonra isə yeganə çıxış yolunu yalnız intiharda görürlər. Kredit borcu olan şəxs öldükdən sonra isə onun borcu ailəsindən alınmır. O, bu hərəkəti ilə ən azında ailəsini ev qoyub getdiyini düşünür. "

Qeyd edək ki, Yaponiya, dünyada ən çox intihar hadisəsi baş verən ölkələrdən biridir. Yaponiya tarixində intiharın cəmiyyət və dinləri tərəfindən günah və ya səhv bir iş kimi qəbul edilməməsi bu tip hadisələrin artmasına şərait yaradan ən mühüm amillərdən biridir. Digər tərəfdən ən dəhşətlisi budur ki, hər hansı bir şəxsin intihar əməli Yaponiya cəmiyyəti tərəfindən şərəfli və məsuliyyətli iş kimi qiymətləndiririr. Yaponiyada intihar hadisələri 1996-cı ildən etibarən artan xətt üzrə inkişaf edir. Son 14 ildə hər il 30 mindən çox insan intihar edir. Ümumilikdə isə bu rəqəm 420 min Yaponiyalı deməkdir. Statistikalara görə keçən il 30 min 513 adam intiharla dünyalarını dəyişib.

Mütəxəssislər bildiriblər ki, vətəndaş cəmiyyətlərinin 2006-cı illərdən etibarən apardıqları fəaliyyət nəticəsində intiharla bağlı göstərici bu il ciddi şəkildə aşağı enərək 28 minə düşəcəyi gözlənilir. İntihar hadisələrinə görə ayrıca nazirlik yaradan Yaponiya hakimiyyəti, intihar hadisələrinin qarşısını almaq üçün məktəblərdə və xəstəxanalarda ciddi şəkildə maarifləndirmə işləri həyata keçirir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2903   Tarix: 30 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 389
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 260
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 307
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 284
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3