Mübariz İbrahimovun ölümündən əvvəl çəkilmiş son döyüş (Video)

Mübariz İbrahimovun ölümündən əvvəl çəkilmiş son döyüş (Video)Bu videogörüntü Mübariz İbrahimovun ölümündən 5 ay əvvəl lentə alınıb. Həmin ilin yanvar ayında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizir kursunda təhsil alan Mübariz İbrahimov zabit dostlarından biri ilə rinqdə məşq edir. Görüntüdəki hündürboylu şəxs həmin zabit, digəri isə Mübariz İbrahimovdur.

Elə bu videogörüntünü də həmin zabit Publika.Az-ın əməkdaşına təqdim edib:

"Bu görüntünü məndən çox adam istəyib. Lakin heç kimə verməmişdim. İlk dəfə bu videonu Mübarizin atası Ağakərim kişiyə verdim. Mübarizin əmisi oğlu da orduda xidmət edən zabitlərimizdən biridir. O, Mübariz şəhid olandan sonra təsadüfən öyrənib ki, Milli Qəhrəmanın ölümündən əvvəl çəkilmiş videosu var. Bunu mənə deyəndə, güldüm. Dedim, bəli, var. Məndədi. Sonra Ağakərim kişiylə görüşüb videonu köçürüb ona verdim. İlk dəfə mətbuatdan məhz sizə təqdim edirəm bu görüntüləri. Mübariz İbrahimovdan mənə qalan bu videogörüntü və onunla bağlı xoş xatirələrdir".

Bunlar videogörüntünü bizə təqdim edən zabitin dedikləridir. Məlum səbəblərdən onun adını açıqlamırıq. Həmin zabitin Mübariz İbrahimovla bağlı xatirələri adamda son dərəcə güclü qürur hissi oyadır. Doğrudan da, Mübariz İbrahimov əsl azərbaycanlı və əsl qəhrəmandır:

"Mən onunla ilk dəfə tanış olanda 22 yaşı var idi. Həmişə deyirdi ki, əlimə silah düşsə, erməniləri qırıb-batıracam. Əvvəllər fikirləşirdim ki, cavandı, beyni dumanlıdı, yəqin ona görə belə danışır. Lakin bir gün əmin oldum ki, Mübariz həqiqətən də dediyini edən oğlan imiş. O, şəhid olan gün mən hərbi hissədə növbətçi idim. Səhər növbəni təhvil verəndə zabit yoldaşlarım dedi ki, bəs, bizim gizirlərdən biri keçib ermənilərə tərəf, onları qırıb, məhv edib. Öz-özümə fikirləşdim ki, görəsən hansı gizir edib bunu. Evə gəldim, televiziyada xəbərləri izləyəndə Mübariz İbrahimovun şəklini gördüm. Bir anlıq şoka düşdüm. Demək, erməniləri qırıb-batıran gizir Mübariz imiş. Üç gün özümə gələ bilmədim. Televiziyada onun şəklini görəndə yadıma düşdü ki, Mübariz bir vaxtlar bunu edəcəyini demişdi. Biz onunla fəxr edirik. Mübariz heç vaxt unudulmayacaq. Elə ermənilər də Mübarizi heç vaxt unutmayacaq. Çünki o, düşmənin içinə girib yüzlərlə erməni hərbçisi ilə təkbaşına 5 saatdan artıq döyüşmüşdü. Qaranlıq vaxtı ona bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi döyüşüb. Yalnız hava işıqlananda Mübarizi snayperlə vurmuşdular. Ermənilər hətta onun ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar".

Bu videogörüntü ilə bağlı xatirələrini də danışan zabit deyir ki, bu, onun Mübarizlə rinqdə sonuncu döyüşü olub:

"Mübariz səngərdə necə qəhrəman idisə, idmanda da o cür idi. Adətən, idmançılar özlərindən ağır çəkidə olan rəqiblə rinqə çıxmır. Mən 91 kiloqram çəkidə döyüşürdüm. Mübariz isə 81 kiloqramda. Çəkim ondan artıq olsa da, mənimlə çox cəsarətlə, heç nədən çəkinmədən döyüşürdü. Bəlkə də, Mübariz elə rinqdə özündən qat-qat üstün, artıq çəkidə olan rəqiblərlə döyüşməyi ona görə öyrənirdi ki, təkbaşına yüzlərlə erməninin içinə girib onları məhv edə bilsin. O bunu bacardı…"

Həmsöhbətim deyir ki, Mübariz İbrahimov 2010-cu ilin yanvarında gizir rütbəsi alandan sonra Tərtərdəki hərbi hissələrindən birinə təyinat alıb:

"Gəlib mənimlə görüşdü, sevinə-sevinə dedi ki, Tərtərə düşmüşəm. Dedim, Allah köməyin olsun, ehtiyatlı ol. Beləcə, görüşüb ayrıldıq. Onunla birlikdə xidmət edən hərbçi dostlarım danışırdı ki, Mübariz İbrahimov hər gün namaz qılandan sonra səngərə çıxıb erməniləri mövqelərini müşahidə edirmiş. Özünə qapalı adam idi. Sakit, səssiz-səmirsiz dayanıb erməni postlarını müşaşidə edirmiş. Demək, o vaxtdan özündə plan cızırmış. Şəhid olduğu gün "Vaxt tamamdır" deyərək, ermənilərin mövqelərinə yaxınlaşıb. Minalı ərazidən təkbaşına keçib. O bir qəhrəman idi. Onun nəşini geri qaytaranda yaxınları dəhşətə gəlmişdi. Məsciddə Mübarizi yuyanda onun üzərində bir dənə də çürümə izi görməyiblər. Doğrudan da, şəhidin bədəni öləndən sonra çürümürmüş. Neçə gün ermənilərin əlində qaldı, Allah bilir necə yerdə saxlamışdılar. Amma məsciddə onu yuyanlar deyir ki, Mübariz elə həminki Mübariz idi…»

Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. Nəşi 6 ay ermənilərdə girov saxlanılıb. Aparılan danışıqlardan sonra Mübariz İbrahimovun cənazəsi Vətənə gətirilib və İkinci Fəxri xiyabanda dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bundan başqa, Biləsüvardakı orta məktəblərdən birinə Mübariz İbrahimovun adı verilib.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsüvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib, 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi sahədə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsində - Tərtərdəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb

Foxnews.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 18159   Tarix: 02 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

TOP MP3