Bakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır

Bakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır"Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticənin üzərində baş sındırırıq, amma nəticəni yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatda əsas məsələ yalnız nəticə ilə deyil, həmin nəticəni formalaşdıran mexanizmlərlə işləməkdir".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, xərclərin və maya dəyərinin yüksək olması da özlüyündə ilkin səbəb deyil, müəyyən iqtisadi proseslərin nəticəsidir. Yekun məhsul və xidmətin bahalaşması isə həmin prosesin başqa bir nəticəsidir. Ona görə də ilk növbədə bu xərclərin niyə yüksəldiyini və hansı struktur amillərin onları formalaşdırdığını araşdırmaq lazımdır:

"Azərbaycanda ümumilikdə belə bir paradoksla qarşılaşırıq: sahibkarın istehsal etdiyi məhsulu və ya göstərdiyi xidməti həm ucuz, həm də yüksək keyfiyyətli təqdim etməsi çox vaxt çətinləşir. Bu, hər zaman sahibkarın yüksək mənfəət əldə etmək istəyindən irəli gəlmir. İstehsal, logistika, icarə, enerji, maliyyələşmə, vergi, əməkhaqqı, idxal, ehtiyat hissələri və digər xərclərin yüksək olması son nəticədə maya dəyərini artırır.

Taksi xidməti də bundan istisna deyil. Taksi şirkətinin və ya fərdi sürücünün real xərcləri var və həmin xərcləri nəzərə almadan problemin həllinə yanaşmaq mümkün deyil.

Əslində, hamımız bunun daha dərin səbəblərini bilirik. Söhbət uzun müddət tətbiq olunan və artıq əvvəlki kimi effekt verməyən iqtisadi yanaşmaların yaratdığı struktur problemlərdən gedir. Artıq ayrı-ayrı problemlərə deyil, bütövlükdə iqtisadi proseslərə kompleks yanaşmağın vaxtıdır. Çünki bu problemlər bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir.

Məsələn, ehtiyat hissələrinin ölkəyə gətirilməsindən tutmuş logistika, gömrük xərcləri, maliyyələşmə, vergi və digər ödənişlərə qədər çoxsaylı amillər sahibkarın ümumi xərc yükünü formalaşdırır və nəticədə məhsul və xidmətlərin maya dəyərini yüksəldir.

Amma digər tərəfdən, yüksək xərclərin mövcudluğu hər qiymət artımını avtomatik əsaslandırmır. Məhz burada iqtisadi siyasətin əsas sualı ortaya çıxır: sahibkarın xərclərini niyə yüksək saxlayırıq?

Əgər bir xidmətin maya dəyəri yüksəkdirsə, biz yalnız son qiyməti müzakirə etməməli, həmin maya dəyərini formalaşdıran bütün komponentləri araşdırmalıyıq. Yanacaq, avtomobilin alınması və amortizasiyası, ehtiyat hissələri, texniki xidmət, sığorta, əməkhaqqı, vergilər, sosial ödənişlər, icazələr, platforma komissiyaları və maliyyə xərcləri bir-birinin üzərinə gəldikdə xidmətin maya dəyəri təbii olaraq yüksəlir.

Rəqəmlərə baxanda da məsələ daha aydın görünür. 2026-cı ilin yanvar-iyulunda orta aylıq nominal əməkhaqqı illik 7,2 faiz, istehlak qiymətləri isə 5,7 faiz artıb. Aİ-92 benzinin qiyməti 4,5 faiz, dizel yanacağının qiyməti isə 10 faiz yüksəlib. Bu göstəricilər taksi fəaliyyətinin ayrı-ayrı xərclərinə təsir edir. Lakin həmin artımların heç biri özlüyündə bəzi marşrutlarda taksi tariflərinin 50-100 faiz yüksəlməsini izah etmir.

Ehtiyat hissələri, texniki xidmət, amortizasiya və sığorta üzrə də müəyyən dəyişikliklər ola bilər. Lakin məhz taksi fəaliyyəti üzrə bu xərc komponentlərinin son bir ildə ümumilikdə neçə faiz artdığını göstərən vahid rəsmi statistika açıqlanmayıb.

Ona görə də hökumətin aidiyyəti qurumları konkret olaraq taksi xidmətinin real maya dəyərinin son bir ildə nə qədər dəyişdiyini açıqlamalıdır. Bunun neçə faizi yanacağın, əməkhaqqının, ehtiyat hissələrinin, texniki xidmətin, sığortanın, vergilərin, icazə və digər ödənişlərin hesabına formalaşıb?

Bu məlumatlar olmadan "xərclər artıb" ifadəsi ilə bəzi hallarda iki dəfəyə yaxın tarif artımını əsaslandırmaq kifayət deyil. Eyni zamanda, sahibkarın xərclərinin yüksək olduğunu qəbul ediriksə, dövlət siyasətinin məqsədi yalnız son qiyməti aşağı salmaq deyil, sahibkarın maya dəyərini azaltmaq üçün şərait yaratmaq olmalıdır.

Burada daha böyük iqtisadi problem də var. Biz sahibkardan eyni zamanda həm ucuz qiymət, həm yüksək keyfiyyət, həm yüksək əməkhaqqı, həm yüksək vergi və sosial ödəniş, həm də bahalı logistika və maliyyələşmə şəraitində fəaliyyət göstərməsini gözləyə bilmərik. Bu komponentlərin hamısı yüksək olduqda, son məhsulun və xidmətin ucuz olması iqtisadi baxımdan çətinləşir.

Ona görə qiymət artımını yalnız sahibkarın üzərinə qoymaq da düzgün deyil. Rəqabətli və səmərəli iqtisadi mühit yaratmaq üçün xərclərin özünü aşağı salan mexanizmlər qurulmalıdır.

Taksi bazarında da dövlətin vəzifəsi qiyməti inzibati qaydada müəyyənləşdirmək deyil. AYNA-nın məlumatına görə, tariflər bazar prinsipləri əsasında formalaşır. Lakin bazar prinsipi həm də şəffaf rəqabət və ədalətli qiymət formalaşması deməkdir.

Xüsusilə dərs ilinin başlaması ilə tələbin artacağı nəzərə alınaraq, pik saatlarda qiymətlərin hansı prinsiplə yüksəldiyi, dinamik tariflərin nə dərəcədə əsaslandırıldığı və platformaların komissiya siyasətinin qiymətə təsiri də araşdırılmalıdır.

Əslində, biz taksi qiymətini yox, taksi qiymətini formalaşdıran iqtisadi mühiti müzakirə etməliyik. Əgər sahibkarın xərclərini aşağı sala bilmiriksə, ondan davamlı olaraq daha ucuz xidmət tələb etmək mümkün deyil.

Nəticə ilə mübarizə aparmaq əvəzinə səbəblərə baxmalıyıq: maya dəyəri niyə yüksəkdir, biznesin hansı xərcləri onu bahalaşdırır və həmin xərcləri necə aşağı sala bilərik? Bu suallara cavab vermədən yalnız taksi tarifini müzakirə etmək problemin özünü deyil, onun nəticəsini müzakirə etməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

20:15 1
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 240
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

15:22 218
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 212
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

15:50 179
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

18:15 1
.