"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq.
Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:
"Bakı metropoliteninin "bənövşəyi", "yaşıl" və "qırmızı" xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni "Avtovağzal" stansiyasından metroya daxil olan sərnişin "Nizami" stansiyasından keçməklə "Sahil" stansiyasına gedə biləcək.
Bu vaxta qədər "yaşıl" və "qırmızı" xətlər arasında yalnız bir keçid stansiyası var idi - "28 May" stansiyasında. "Yaşıl" xətdən gələn sərnişinlər bu stansiyadan "qırmızı" xəttə keçid edə bilirdilər. Amma indi təkcə "bənövşəyi" xəttin altı stansiyasının üçü həm də keçid funksiyası daşıyacaq. Sərnişin "Avtovağzal" stansiyasından metroya daxil olub, istəsə, "Memar Əcəmi" stansiyasından keçid edib "Elmlər Akademiyası" stansiyasına gələcək, istəsə, "Nizami" stansiyasından.
Digər keçid stansiyamız "Sahil" stansiyasının yanında inşa olunacaq. Bu keçid stansiyası vasitəsilə sərnişinlər "bənövşəyi" xəttin "Avtovağzal" stansiyasından metroya daxil olmaqla "Sahil" stansiyasına, oradan isə "qırmızı" xətt üzrə "Əhmədli", "Həzi Aslanov" stansiyasına gedə biləcəklər.
Daha bir keçid stansiyamız isə "Xətai" stansiyasının yanında inşa ediləcək ki, sərnişinlər bu stansiya vasitəsilə də digər xətlərə keçid edə biləcəklər. Bununla da metro stansiyaları yerüstü nəqliyyatın yükünü azaldacaq".
Qeyd edək ki, "Oxucu soruşur" layihəsinin tam versiyasına bu gün saat 20:00-da "Oxu TV" "YouTube" kanalında izləyə bilərsiniz.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1063 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
05.11.2026 416 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
05.11.2026 380 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
05.11.2026 221 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 142 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
05.11.2026 317 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
05.11.2026 357