Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, bu, əməkhaqqını dövlət vahid tarif cədvəlinə əsasən alan şəxslərin hamısının əməkhaqqısına təsir etmiş olacaq.
"Minimum əməkhaqqı növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcəyinə görə, dövlət sektorunda tətbiq olunan 14 bəndlik tarif cədvəli əsasında əməkhaqqı alanlarda artımın olması gözlənilir. Eyni zamanda minimum əməkhaqqı artdığına görə, bu prosesin özəl sektorda da əməkhaqqılarına təsiri olacaq".
İqtisadçı qeyd edib ki, maaş, pensiya və başqa ödənişlər növbəti ildən arta bilər: "Pensiyalardakı artımlar indeksasiya metodu ilə olur. Hər il pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksasiya edilir. Onu qeyd etmək istərdim ki, minimum əməkhaqqının artırılması məsələsinə baxılacaq. Bu ilin fevral ayında belə bir qanun qəbul edildi ki, istisnasız olaraq hər il minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq. Hər il artırılacağı deyil, baxılacağı qeyd edilib. Sonuncu dəfə minimum əməkhaqqı 2025-in yanvarın 1-də qaldırıldığına görə, güman edirəm ki, minimum əməkhaqqıya baxılma zamanı onun artırılması barədə qərar veriləcək. Çünki 2 ildir minimum əməkhaqqı məbləğinə baxılmayıb. Keçən il təqribən 6%-dən bir qədər çox inflyasiya olub, bu il də təqribən o həddə inflyasiya var və inflyasiyanın aşağı düşəcəyi gözlənilmir, əksinə tempin artması ilə bağlı narahatlıq var. Bu baxımdan güman edirəm ki, minimum əməkhaqqı təqribən 10-15% intervalında artırılacaq.
Minimum əməkhaqqı artanda digər ödənişlər də artır. Digər ödənişlərə gəldikdə, ünvanlı sosial yardım da artacaq. Bunun üçün "Yaşayış minimumu haqqında" qanun qəbul ediləcək. "Yaşayış minimumu haqqında" qanun qəbul ediləndə minimum istehlak səbətinin həcmi müəyyənləşir. Minimum istehlak səbətinin həcmi keçən illə müqayisədə artacaq. Ona görə ki, ölkədə 6%-dən çox inflyasiya var. Ən azından bu 6%-dən bir qədər çox yaşayış minimumu artırılacaq. Yaşayış minimumu artırılanda avtomatik olaraq ünvanlı sosial yardım artacaq. Amma bunların hamısı 2027-ci ilin yanvar ayından sonra baş verəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRektor Hacımüftüoğlu Qlazqoda Atatürk Universitetinin qlobal vizyonunu gücləndirdi
Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu Qlazqoda keçirilən EAIE Konfransında universitetin beynəlmiləlləşmə vizyonunu dünyaya çatdırdı. BİG.AZ xəbər verir ki, Atatürk Universiteti Ərzurumdan dünyaya uzanan akademik yolçuluğunu beynəlxalq platformalarda gücləndirməyə davam edir
12.09.2026 226 Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
12.09.2026 136 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12.09.2026 171 "Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
00:34 68 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb. BİG.AZ "Report"a istinadən bildirir ki, diplomatlar səfərin ikinci günündə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastır Kompleksini, daha sonr
12.09.2026 486 Tramp Səudiyyə Ərəbistanındakı vəziyyət barədə: Hər şey mütləq qaydasına düşəcək
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı hadisələrlə əlaqədar gəmiçilik vəziyyətinin tənzimlənəcəyini bəyan edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Dublində İrlandiya Prezidenti Ketrin Konnolli ilə görüşdən sonra deyib. "Hər şey mütləq yoluna düşəcək"
12.09.2026 127 Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
Milli Məclisin deputatı Naqif Həmzəyevin sərnişinlərin metro və avtobusdan ardıcıl istifadə zamanı əlavə ödənişdən azad edilməsi ilə bağlı təklifi ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi məsələsini yenidən gündəmə gətirib. Deputat təklif edib ki, sərnişin metrodan istifadə edərək "2
00:09 90 Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
Prezident Donald Tramp bəyan edib ki, yəmənli husilər Amerika tərəfi ilə əlaqə saxlayıb və ABŞ ilə müharibə etmək istəmədiklərini bildiriblər. "Report" xəbər verir ki, Amerika lideri bunu Dublində jurnalistlərə söyləyib. "Husilər bizimlə əlaqə saxladılar və müharibə etmək istəmədiklərin
12.09.2026 151 Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
12.09.2026 247