Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?

Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?Milli Məclisin deputatı Naqif Həmzəyevin sərnişinlərin metro və avtobusdan ardıcıl istifadə zamanı əlavə ödənişdən azad edilməsi ilə bağlı təklifi ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi məsələsini yenidən gündəmə gətirib.

Deputat təklif edib ki, sərnişin metrodan istifadə edərək "28 May" metro stansiyasında düşür, daha sonra avtobusla "Nizami" metro stansiyasına gedərək yoluna davam edirsə, 30 dəqiqə ərzində metrodan ikinci dəfə istifadə edərkən ondan əlavə ödəniş tutulmasın.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu cür yeniliklərin tətbiqi üçün ilk növbədə institusional aləmlərin formalaşdırılması və ödəniş sistemlərinin təkmilləşdirilməsi vacibdir.

"Bildiyimiz kimi, biz artıq "brutto müqavilə"lərinə keçirik. Bu kontraktlar daşıyıcılara hər kilometrə görə verilən subsidiyanı özündə ehtiva edir. Digər mühüm alətlərdən biri isə günlük, aylıq və illik bilet paketləridir. Bu paketlər 90 dəqiqə ərzində pulsuz keçidi nəzərdə tutur. Yəni sərnişin bir neçə nəqliyyat növünü dəyişə bilər, lakin bunun üçün yalnız bir dəfə ödəniş edir".

Ekspert qeyd edib ki, bu cür yeniliklərin tətbiqi üçün bütün avtobus parkının tam olaraq nağdsız ödəniş sisteminə keçməsi əsas şərtlərdən biridir:

"Lakin bunun üçün, rəsmilərin elan etdiyi xəbərlərə istinad etsək, bütün avtobus parkının nağdsız ödəniş sisteminə keçməsi vacibdir. Hazırda avtobusların 88 faizində nağdsız ödəniş mümkündür, 12 faizində isə hələ də nağd ödənişdən istifadə olunur. Düşünürəm ki, ilkin mərhələdə "brutto kontrakt"ların məhz ekspres avtobuslara tətbiqi məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda, 90 dəqiqəlik pulsuz keçid imkanının pilot layihə kimi ilk növbədə bu marşrutlarda tətbiq olunması sərnişinlərin qarşılaşdığı maliyyə və digər problemlərin həllinə kömək edə bilər".

Sürücülərin ödəniş prosesindən azad edilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsinə toxunan Rauf Ağamirzəyev bildirib ki, yeni sistemdə ödənişlərə xüsusi nəzarətçilərin diqqət etməsi məqsədəuyğun olar:

"Digər tərəfdən, artıq ilkin xəbərlər yayılıb ki, bəzi avtobuslarda, xüsusilə ekspres avtobuslarda ikinci validator quraşdırılıb. Bu da "brutto müqavilə"lərdə nəzərdə tutulan mexanizmlərdən biridir. Bu sistemə əsasən, sürücü sərnişinin ödənişinə nəzarət etməməlidir. Bunun üçün xüsusi nəzarətçilər istənilən dayanacaqda avtobusa minərək sərnişinlərin ödənişlərini yoxlaya bilərlər. Xüsusi portativ terminallar vasitəsilə ödənişin edilmədiyi müəyyən olunarsa, müvafiq hallarda ödənişdən dəfələrlə yüksək, təxminən 20 dəfə artıq məbləğdə cərimə sanksiyaları tətbiq olunur".

Sonda ekspert bildirib ki, nəzərdə tutulan bu cür tədbirlərin sürətli icrası sərnişinlərin nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə optimallaşdıracaq:

"Yəni bu istiqamətdə müəyyən həllər artıq nəzərdə tutulub. Əsas məsələ onların daha sürətli şəkildə icrasını təmin etməkdir ki, bu da sərnişinlərin maliyyə xərclərinin optimallaşdırılmasına gətirib çıxarsın. Həmçinin hər avtobusda, mümkün olduğu qədər hər qapıda validatorların quraşdırılması və 90 dəqiqəlik pulsuz keçid imkanının tətbiqi daha sürətli icra olunmalı tədbirlər kimi nəzərdən keçirilə bilər. İlkin mərhələdə bu mexanizmləri "M" indeksli və ümumilikdə bu xətlərin ayrılmasının daha çox təsir göstərdiyi marşrutlarda tətbiq etmək olar. Bununla sərnişinlərin nəqliyyat xərclərinin minimuma endirilməsi mümkün olar. Növbəti mərhələdə isə bu sistemin bütün ictimai nəqliyyata inteqrasiya olunması və vahid ödəniş sisteminə tam keçidin təmin edilməsi həyata keçirilə bilər", - deyə o, fikrini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1215   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

05.11.2026 416
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 317
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.