Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.
Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?
Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, vətəndaşların bərpa olunan enerjidən istifadə etməsi artıq bir sıra ölkələrdə tətbiq olunur:
"O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib".
V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:
"Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir".
Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:
"Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyanın aktivlərinin dondurulması dollara inamı sarsıtdı - Ölkələr qızıllarını geri çəkir
Qərb ölkələrinin Rusiya Mərkəzi Bankının aktivlərini dondurması bir sıra ölkələrdə dollara olan inamı və xaricdə, xüsusilə ABŞ-da qızıl saxlamaq praktikasını sarsıdıb. xəbər verir ki, bu barədə "Les Echos" qəzeti yazıb. Nəşrin məlumatına görə, üçüncü ölkələrin qızıl ehtiyatları uzun müddə
10:49 192 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər - VİDEO+YENİLƏNİB
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər. BİG.AZ "Report"a istinadən bildirir ki, diplomatlar festivalda nümayiş olunan yerli arıçıları
20:01 161 Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO
Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmə
16:59 155 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 242 2 gün leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
15:07 212 Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər. "Qafqazinfo" xəbə
14:52 190 Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
20:00 87 II Ramzesin 6,7 metrlik heykəlinin çatışmayan hissəsi 94 ildən sonra tapıldı
Təxminən bir əsr ayrı vəziyyətdə qalan firon II Ramzesin heykəli yenidən birləşdirilərək Misirdə əvvəlki yerində quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb. Məlumata görə, heykəlin aşağı hissəsi 1930-cu ildə, yuxarı hissəsi isə yalnız 2024-cü ildə tapılıb. Təxminə
14:13 168 Birinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
18:10 136