Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO
Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir.
Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10" tətbiqindəki QR-kod vasitəsilə ödənişin mümkün olub-olmadığı soruşulub.
Müşahidələr zamanı mağazaların böyük əksəriyyətində "m10" vasitəsilə QR-ödənişinin qəbul edilmədiyi məlum olub. Satış məntəqələrinin əməkdaşları bunun səbəbini müxtəlif amillərlə izah ediblər. Bəzi mağazalarda problemin şirkətdən qaynaqlandığı, digərlərində isə "m10" QR-ödəniş sisteminin hazırda işləmədiyi bildirilib.
Yalnız iki mağazada "m10" tətbiqindəki QR-kod vasitəsilə ödənişin mümkün olduğu qeyd edilib. Beləliklə, bəzi ticarət obyektlərində bu ödəniş üsulunun qəbul edilməməsi ilə bağlı iddialar müşahidələr zamanı təsdiqini tapıb.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırda bəzi mağaza, market və digər ödəniş nöqtələrində QR-kod vasitəsilə ödəniş qəbul edilsə də, bütün ticarət obyektlərində bu sistemdən istifadə etmək mümkün deyil.
Bildirilir ki, QR-ödənişlərinin genişləndirilməsində əsas məqsədlərdən biri nağdsız və rəqəmsal ödənişlərin təşviq edilməsidir. Eyni zamanda, bu üsul ödənişlərin daha aşağı xərclə həyata keçirilməsinə və xarici ödəniş sistemlərinə yönələn vəsaitin azalmasına imkan yarada bilər.
Mütəxəssis qeyd edib ki, banklar bu sistemdən əldə olunan qənaətin müəyyən hissəsini keşbek formasında müştərilərə qaytara bilirlər. Bu səbəbdən bəzi hallarda QR-kodla aparılan ödənişlər üzrə keşbek faizi daha yüksək olur.
Məsələ ilə bağlı "m10" şirkəti ilə də əlaqə saxlanılıb. Şirkət tərəfindən əvvəlcə müraciətə münasibət bildiriləcəyi qeyd olunsa da, sonradan açıqlama təqdim edilməyib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 99 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş15 illik rekord yeniləndi: İtalyan şahzadəsinin doqquz yaşlı oğlu Monblana qalxdı
İtalyanəsilli britaniyalı Lelio Massimo di Rokkasekka Monblan dağının zirvəsinə qalxmağı bacaran ən gənc alpinist kimi tarixə düşüb. -ın "The Times" qəzetinə istinadən verdiyi məlumata görə, Londonda anadan olmuş 9 yaşlı uşaq Qərbi Avropanın ən hündür nöqtəsini fəth edib. Nəşr qeyd edir ki
12.09.2026 337 Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə
00:07 401 Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il
00:18 397 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Ba
12.09.2026 169 Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO
Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmə
12.09.2026 187 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir. Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunu
12.09.2026 333 Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
00:28 410 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12.09.2026 189 Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasın
12.09.2026 461