NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?

NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır.

Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfini böyük nailiyyət kimi təqdim etmişdi. Aparat Marsın "Jezero" kraterində qurumuş çay yatağından Qırmızı planetdə mikrob həyatının mümkün izlərini daşıyan nümunə götürmüşdü.

Həmin vaxt NASA-nın administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Şon Daffi "Perseverance"in aşkarladığı nümunənin Marsda həyat izlərinin müəyyənləşdirilməsi istiqamətində indiyədək əldə edilmiş ən mühüm tapıntıya ən yaxın nəticə olduğunu bildirmişdi.

Ötən il Daffi NASA-nın Marsa "amerikalı personal göndərməyə" hazır olduğunu bəyan etsə də, oxvari formaya malik "Cheyava Falls" adlı Mars daşının götürülərək Yerə gətirilməsi planı yanvarda pozulub. Buna ABŞ Konqresinin ciddi büdcə ixtisarları səbəb olub.

Bununla yanaşı, NASA və Avropa Kosmik Agentliyinin "Perseverance" aparatının topladığı nümunələri Yerə gətirməyə yönəlmiş mürəkkəb birgə missiyası hazırda NASA-nın saytında sadəcə "gələcək missiya" kimi göstərilir və onun həyata keçirilmə tarixləri barədə konkret məlumat verilmir.

Tapıntının Yerə çatdırılması niyə vacibdir?

NASA-nın məlumatına görə, nümunələrin Yerə gətirilməsi Mars və Günəş sistemi haqqında elmi anlayışda inqilab yarada, həmçinin tədqiqatçıları Qırmızı planetə gələcək missiyalara hazırlaya bilər.

NASA-nın Mars tədqiqatları üzrə baş elmi əməkdaşı Lindsi Heysin sözlərinə görə, "Perseverance" Marsda müəyyən teksturalara malik qayalı süxur aşkar edib. Bu xüsusiyyətlər əsasən kimyəvi və mineral göstəricilərlə, eləcə də üzvi əlamətlərlə uyğunluq təşkil edir.

"Bütün bu xüsusiyyətlər birlikdə, ‘Perseverance’in əldə edə bildiyi görüntü dəqiqliyi səviyyəsində, səthdəki materialı mənimsəmək üçün kimyəvi reaksiya yaradan müəyyən növ mikrob sisteminin fəaliyyəti nəticəsində meydana gəlmiş kimi görünür", - Heys bildirib.

NASA-nın baş elmi əməkdaşı bunu daha sadə şəkildə izah edərək dəlillərin "orada nəyinsə olduğunu və qidalandığını" göstərdiyini deyib. Söhbət gil və lil tərkibli çöküntü süxurlardan gedir. Yer üzündə belə süxurların mikrob həyatının izlərini qoruduğu məlumdur. Onların tərkibində müxtəlif birləşmələrlə yanaşı, yüksək miqdarda üzvi karbon, kükürd, oksidləşmiş dəmir və fosfor da var.

Nümunələrin Yer laboratoriyalarında təhlili Marsda vaxtilə həyatın olub-olmadığı sualına cavab verə bilər. Bununla belə, yekun cavabın mütləq əldə olunacağına zəmanət yoxdur.

Tapıntıların Yerə gətirilməsi alimlərə Marsda mövcud olan toz, süxur parçaları və ya karbonla zəngin hissəciklər barədə də daha ətraflı məlumat verə bilər. Bu materiallar kosmik aparatlara, elmi cihazlara və gələcəkdə Marsda yaradılması planlaşdırılan yaşayış məkanlarına zərər vura bilər.

"Toz məsələsi Marsa insan göndərmək və onların sağlamlığını qorumaq imkanını nəzərdən keçiririksə, həqiqətən də çox vacibdir", - Heys izah edib.

Onun sözlərinə görə, Mars tozunun dəqiq kimyəvi tərkibi hələ də sirr olaraq qalır.

Heys həmçinin bildirib ki, aşkarlanmış nümunələrin Yerə çatdırılması üçün ən yaxşı üsulun müəyyənləşdirilməsi istiqamətində səylər davam edir. O, missiyanın həyata keçiriləcəyinə ümid etdiyini deyib, lakin digər müşahidəçilər bu məsələdə o qədər də əmin deyillər.

Tapıntını tezliklə Yerə çatdırmaq mümkün olmayacaq

NASA "SkyFall" missiyası çərçivəsində 2028-ci ilin sonunda Marsa Qırmızı planetin geologiyasını və iqlim tarixini öyrənmək üçün üç helikopter tipli aparat göndərməyi planlaşdırır.

Lakin Filadelfiyadakı Franklin İnstitutunun baş astronomu Derrik Pitts hesab edir ki, insanlar Marsa yollanana qədər aşkarlanmış nümunələri başqa yolla Yerə gətirmək mümkün olmayacaq.

Pitts əmindir ki, müvafiq nümunələr nəhayət Marsdan götürüləcək və onların təhlili Qırmızı planetin vaxtilə indiki dövrlə müqayisədə daha isti və daha rütubətli olduğunu, eləcə də orada mikrob həyatının mövcud olduğunu təsdiqləyə bilər.

Onun nümunələrin Marsdan Yerə çatdırılması ilə bağlı "ən optimist" proqnozu 2036-cı ildir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

05.11.2026 416
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 317
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.