"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb.

The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşlarını işə götürə, yayım həyata keçirə və nəşrlər hazırlaya bilməyəcək, onun aktivləri isə dövlətə keçəcək.

BBC-nin Kral Xartiyası qurumun əsas fəaliyyət istiqamətlərini, idarəetmə sistemini və maliyyələşmə modelini müəyyənləşdirir. Nəşrin məlumatına görə, yeni xartiyanın hazırlanması adətən iki-üç il davam edən mürəkkəb danışıqlar prosesidir.

120 minə yaxın müraciət daxil olub

Yeni xartiyanın hazırlanması ilə bağlı ictimai məsləhətləşmə prosesinə təxminən 120 min cavab daxil olub.

Məqalədə qeyd olunur ki, bütün bu müraciətlər hökumət tərəfindən nəzərdən keçirilməli və onların nəticələri mədəniyyət nazirinə təqdim edilməlidir.

Lakin prosesin şəffaflığı ilə bağlı suallar da var. The Guardian yazır ki, ictimaiyyət, ekspertlər və media nümayəndələri təkliflərini təqdim etsələr də, yekun qərarın qəbulunda əsas söz hökumətin yüksək vəzifəli şəxslərinə məxsusdur.

Hazırda prosesin daha mühüm mərhələsi qapalı danışıqlar şəklində davam edir. Yay ərzində Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Departamenti ilə BBC rəsmiləri arasında 15 rəsmi görüş keçirilib. Bu görüşlərin detalları ictimaiyyətə açıqlanmır.

BBC maliyyə problemi yaşayır

BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, nəşrin diqqət çəkdiyi əsas məsələlərdən biri BBC-nin maliyyə vəziyyətidir.

BBC-nin yeni baş direktoru Matt Brittin mövcud maliyyələşmə modelini artıq işləməyən sistem kimi qiymətləndirib.

Hazırda BBC-nin maliyyəsinin təxminən 65 faizi televiziya lisenziya haqqından formalaşır. Bu ödənişi canlı televiziya izləyən və ya BBC iPlayer xidmətindən istifadə edən ev təsərrüfatları həyata keçirir.

Eyni zamanda BBC-də yüz milyonlarla funt sterlinq həcmində ixtisarlar aparılır. Qurumun auditoriyası və lisenziya haqqından əldə etdiyi gəlirlər də təzyiq altındadır.

Məqalədə vurğulanır ki, texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin genişlənməsi və insanların media istehlakı vərdişlərinin dəyişməsi BBC üçün əvvəlki siyasi mübahisələrdən daha böyük təhlükə yaradır.

BBC üçün üç fərqli yanaşma

The Guardian BBC-nin gələcəyi ilə bağlı müzakirələrdə üç əsas mövqenin formalaşdığını yazır.

Birinci qrup BBC-nin mövcud modelinin qorunmasını istəyənlərdir. Onlar qurumu Britaniya cəmiyyətinin mühüm institutu hesab edir və onun hökumətdən müstəqilliyinin, eləcə də hamı üçün əlçatan olmasının qorunmasını vacib sayırlar.

İkinci qrup isə BBC-nin fəaliyyətinin məhdudlaşdırılmasını müdafiə edir. Bu yanaşmaya görə, BBC kommersiya media şirkətləri ilə rəqabət aparmamalı, əsas diqqətini ictimai xidmət funksiyalarına, xəbərlərə və uşaq proqramlarına yönəltməlidir.

Üçüncü qrup isə BBC-nin texnoloji baxımdan yenidən qurulmasını istəyir. Onların fikrincə, BBC yalnız televiziya və radio proqramları hazırlayan qurum kimi fəaliyyət göstərə bilməz. Qurum rəqəmsal platformalar və alqoritmlər yaratmalı, süni intellekt və sosial şəbəkələrin yaratdığı yeni media reallığına uyğunlaşmalıdır.

YouTube və texnologiya nəhəngləri ilə rəqabət

BBC artıq rəqəmsal platformalarda mövqeyini gücləndirməyə çalışır.

Qurum YouTube kanallarının sayını ən azı 50-yə çatdırmaq üçün razılaşma əldə edib. Britaniya hökuməti isə BBC və digər ictimai xidmət yayımçılarına platformada daha çox görünürlük verilməsi üçün qanunvericilik dəyişikliklərini nəzərdən keçirir.

Lakin YouTube yaradıcıları bununla razı deyil. Onların fikrincə, özəl platformada dövlət tərəfindən maliyyələşdirilən BBC-yə xüsusi üstünlük verilməsi YouTube-un rəqabət prinsipinə ziddir.

BBC daxilində isə əks mövqe mövcuddur. Qurum hesab edir ki, texnologiya nəhənglərinin informasiya üzərində artan təsiri fonunda BBC-nin öz rəqəmsal imkanlarını gücləndirməsi vacibdir.

BBC üçün yeni maliyyələşmə modeli axtarılır

Hazırkı xartiyanın yenilənməsi çərçivəsində ən ciddi müzakirələrdən biri BBC-nin gələcəkdə necə maliyyələşdiriləcəyidir.

Mövcud lisenziya haqqının dəyişdirilməsi, kommersiya fəaliyyətinin genişləndirilməsi və digər maliyyə modelləri nəzərdən keçirilir.

Lakin hansı variantın seçiləcəyi hələ məlum deyil.

BBC-nin tərəfdarları hesab edirlər ki, qurumun universal xidmət prinsipinin qorunması üçün sabit maliyyələşmə mexanizmi lazımdır. Tənqidçilər isə BBC-nin kommersiya media şirkətləri ilə rəqabət aparmasına dövlət tərəfindən maliyyə üstünlüyü verilməsini düzgün hesab etmirlər.

Qərar qapalı danışıqlardan sonra veriləcək

Hazırda Britaniya hökumətinin "white paper" adlanan siyasət sənədini təqdim etməsi gözlənilir. Bundan sonra yeni Kral Xartiyasının yekun layihəsi hazırlanacaq.

Parlament sənədi müzakirə edə bilsə də, onun təsdiqi tələb olunmur. Yekun qərarı kralın məsləhətçilərindən ibarət Privy Council təsdiqləyir.

The Guardianın yazdığına görə, prosesin əsas hissəsi ictimaiyyət üçün qapalı şəkildə həyata keçirilir və BBC-nin gələcəyini müəyyənləşdirəcək əsas qərarlar məhz bu mərhələdə qəbul olunacaq.

BBC üçün tarixi dönüş nöqtəsi

Məqalədə BBC-nin əvvəlki Kral Xartiyalarının qurumun inkişafında mühüm rol oynadığı xatırladılır.

1947-ci il xartiyası BBC-nin televiziya infrastrukturunun inkişafına şərait yaradıb. 1997-ci il xartiyası isə BBC-yə rəqəmsal fəaliyyətə, o cümlədən BBC Online xidmətinə daha böyük sərmayə qoymağa imkan verib.

Nəşr hesab edir ki, hazırkı proses də BBC üçün belə dönüş nöqtəsinə çevrilə bilər.

BBC tarixçisi Jean Seaton bu xartiya yenilənməsini İkinci Dünya müharibəsindən sonra qurum üçün ən mühüm proseslərdən biri və eyni zamanda "tamamilə unikal imkan" kimi qiymətləndirib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.