"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İranYəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb.

Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə, əsas hədəf 2014-cü ildən husilərin nəzarətində olan paytaxt Sənadır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, Yəməndə vəziyyətin gərginləşəcəyi, əslində, bəlli idi. "The Guardian" nəşri avqustun əvvəlində Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını yazmışdı. Həmçinin ölkənin Müdafiə Nazirliyinin Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin iştirakı ilə çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyi açıqlanmışdı. Hazırkı əməliyyatlar zamanı isə hökumət qüvvələrinə Səudiyyə Ərəbistanı açıq şəkildə dəstək verir:

"Yəməndə husilərin məğlub edilməsi çox vacibdir. HƏMAS-ın hərbi gücünün böyük ölçüdə sıradan çıxması, Livanda "Hizbullah"ın zəifləməsi və Suriyada Əsəd rejiminin süqutundan sonra İranın "Şiə hilalı"ndan geriyə qalan əsas güc husilər idi. Husilərin son aylarda Bab əl-Məndəb boğazını bağlamaq ehtimalı, bunun beynəlxalq ticarət üçün yarada biləcəyi maneələr və digər amillər oxların onlara tərəf çevrilməsinə səbəb oldu.

Husilər, bundan başqa, Səudiyyə Ərəbistanı üçün də ciddi təhlükə mənbəyi idi. Xüsusilə neft obyektlərinin vaxtaşırı hədəfə alınması Ər-Riyadı məsələyə əsaslı həll yolu tapmağa məcbur edirdi.

Bununla belə, hökumət qüvvələrinin son irəliləyişləri hələ husilərin hərbi baxımdan məğlub edildiyi anlamına gəlmir. Bu qruplaşma ölkənin şimalında geniş ərazilərə və ciddi hərbi imkanlara malikdir. Ona görə də Sənanın geri alınması hökumət qüvvələri üçün olduqca mürəkkəb və çətin hərbi əməliyyat tələb edə bilər.

Hazırkı vəziyyət Yəməndə münaqişənin yeni mərhələyə keçməsi ehtimalını xeyli artırır. Ən sadə formada desək, Yəməndəki proseslər qısa müddət öncə yaradılan və "Məkkə sazişi"nin iştirakçıları olan Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxara bilər.

Təsadüfi deyil ki, Pakistanın Baş naziri Şahbaz Şərif husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib. Pakistanın müdafiə naziri Xavaca Asif "Geo TV"yə müsahibəsində bildirib ki, ölkəsi bu paktın ("Məkkə Müdafiə İttifaqı") şərtləri ilə bağlı öhdəlik daşıyır və müttəfiqlərə qarşı təcavüz olacağı təqdirdə öhdəliklərini yerinə yetirəcək.

Nazir həmçinin qeyd edib ki, husilər Səudiyyə Ərəbistanına endirdikləri zərbələrin sazişin aktivləşməsinə səbəb ola biləcəyini anlamalıdırlar.

"Məkkə sazişi" NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilib. Yəni Səudiyyə Ərəbistanına husilərin hücumu Türkiyə və Pakistana da hücum kimi qiymətləndirilə bilər.

Əslində, bu məsələdə ABŞ da maraqlıdır. Məsələn, ABŞ Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Vaşinqtonun Yəməndə husilərə qarşı hərbi kampaniyaya rəhbərlik etməsi ilə bağlı xahişini rədd edib. ABŞ rəsmiləri Vaşinqtonun Səudiyyə Ərəbistanının əməliyyatını dəstəkləyəcəyini, lakin ona rəhbərlik etməyəcəyini bildiriblər.

Məncə, ABŞ əvvəldən hazırladığı planı icra edir. Belə ki, Vaşinqton "İbrahim sazişi" vasitəsilə Yaxın Şərqdə NATO yaratmağa çalışırdı. Bu baş tutmadıqdan sonra daha fərqli yanaşmaya gedərək Yaxın Şərqdəki üç aparıcı müttəfiqini bir araya gətirib "Məkkə sazişi"ni yaratdı. İndi isə bu birlik ilk ciddi sınağı ilə üz-üzədir.

Hesab edirəm ki, Səudiyyə dəstəkli PLC qüvvələri husiləri geri çəkilməyə məcbur etdikcə, onlar da Səudiyyə Ərəbistanına daha sərt cavab zərbələri endirəcək və bu, gec-tez Pakistanla Türkiyənin prosesə müdaxilə etməsinə səbəb olacaq. Bu isə faktiki olaraq husilərin Yəməndə ya mövqelərinin ciddi şəkildə sarsılması, ya da tam məğlubiyyəti ilə nəticələnə bilər.

Vaşinqtonun "Məkkə sazişi"ni Yəməndə sınaması uğurlu olarsa, gələcək perspektivdə bu təşkilatdan İrana qarşı müdaxilə üçün istifadə planlarının qurulacağı istisna deyil. Həmçinin istisna deyil ki, Suriya husilərdən təmizlənəcək, Yəmən və hazırda İranın zərbələrinə məruz qalan İordaniya qısa zamanda təşkilata qoşulacaq. Beləcə, "Yaxın Şərq NATO"su bir qədər də güclənəcək.

Əgər ortada bir müdafiə paktı varsa, bir düşmənə də ehtiyac var. O düşmən isə, heç şübhəsiz, İran olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.