NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıb

NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıbBu ilin yazında Arktikanın Svalbard arxipelaqı yaxınlığındakı sularda NATO müttəfiqləri Rusiyanın kritik sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli əməliyyatının qarşısını alıb.

Reuters-in iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəsi - GUGI tərəfindən idarə olunan sualtı qurğular Arktika sularında yeni və gizli silahın istifadəsini imitasiya edib.

Böyük Britaniya, Norveç və ABŞ-ın iştirakı ilə keçirilən birgə əməliyyat zamanı Rusiya gəmiləri izlənilib və onlarla qarşıdurma yaşanıb. Rusiya vasitələrinin təlimi başa çatdırmasına imkan verilməyib və onlar daha sonra ərazini tərk ediblər.

BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Böyük Britaniya və Norveç apreldə Arktika sularında Rusiyanın gizli əməliyyatını aşkar etdiklərini açıqlamışdılar. Lakin həmin vaxt yeni silahın mövcudluğu, əməliyyatın dəqiq yeri və ABŞ-ın prosesdə iştirakı barədə məlumat verilməmişdi.

Sualtı kabellər niyə vacibdir?

Sualtı kabellər qlobal internet əlaqəsi və maliyyə əməliyyatları üçün həyati əhəmiyyət daşıyır. Bağçadakı su şlanqından çox da qalın olmayan bu kabellər dənizin dibində yerləşir və ya dibin bir qədər altında basdırılır.

Svalbardı Norveçin materik hissəsi ilə birləşdirən iki sualtı fiber-optik kabel təxminən 1 400 kilometr uzunluğundadır və dənizin 2 700 metr dərinliyindən keçir.

Bu kabellər dünyanın ən böyük peyk yerüstü stansiyası olan SvalSat-da yüklənən böyük həcmdə peyk məlumatlarının ötürülməsində mühüm rol oynayır. SvalSat NASA-nın "Near Space Network" şəbəkəsinin də bir hissəsidir.

Rusiya kabellərə zərər vurmayıb

Reuters-in danışdığı rəsmilər bildiriblər ki, Rusiya həmin əməliyyat zamanı heç bir kabelə zərər vurmayıb.

Onların sözlərinə görə, təlimin məqsədi NATO ilə mümkün münaqişə zamanı sözügedən texnologiyanın necə tətbiq edilə biləcəyini simulyasiya etmək olub. Rəsmilər texnologiyanın konkret necə işlədiyini açıqlamayıblar.

Norveçin müdafiə naziri Tore Sandvik bildirib ki, birgə əməliyyat vasitəsilə Rusiyaya "gizli fəaliyyət göstərə bilməyəcəyi" barədə aydın mesaj göndərilib.

O qeyd edib ki, Rusiyaya kritik infrastruktura qarşı hər hansı cəhdin aşkar ediləcəyi və bunun nəticələrinin olacağı açıq şəkildə bildirilib.

NATO Rusiyanın fəaliyyətindən narahatdır

ABŞ kəşfiyyatının bəzi analitikləri Rusiyanın NATO-nun kollektiv müdafiə mexanizmini - 5-ci maddəni - sınaqdan keçirə biləcəyindən narahatdırlar.

Qərb rəsmilərinin fikrincə, belə bir ssenaridə sualtı kabellərin sıradan çıxarılması mühüm rol oynaya bilər.

Mümkün Rusiya-NATO qarşıdurmasının Arktikadakı Svalbard ilə Norveçin materik hissəsi arasındakı ərazinin strateji əhəmiyyətini daha da artıracağı bildirilir.

Rusiya nüvə sualtı qayıqları Kola yarımadasındakı bazalardan Atlantik okeanına çıxmaq üçün təxminən 400 mil enində olan bu ərazidən keçməli, daha sonra Norveçin ucqar vulkanik Jan Mayen adasının yanından keçməlidir.

Böyük Britaniya bildirib ki, avqust ayında NATO-nun Arktikada birgə fəaliyyət imkanlarını nümayiş etdirmək məqsədilə Norveç və ABŞ ilə birlikdə Jan Mayenə hərbi qüvvələr yerləşdirib.

Norveç isə 2028-ci ilə qədər Svalbard və Jan Mayeni materiklə birləşdirəcək yeni fiber-optik kabelin çəkilməsini planlaşdırır.

"Rusiyanın artan təhdidi"

NATO müttəfiqləri 2022-ci ildə Almaniyaya Rusiya qazını nəql edən dörd Nord Stream borusundan üçünün partladılmasından sonra sualtı infrastrukturun təhlükəsizliyinə daha çox diqqət yetirməyə başlayıb.

Bundan başqa, 2023-cü ildən etibarən daha çox gəmi sualtı boru kəmərləri, elektrik və telekommunikasiya kabellərinin üzərindən və ya yaxınlığından yavaş sürətlə hərəkət etməyə başlayıb. Bu fəaliyyət həmin infrastrukturların xəritələndirilməsi kimi qiymətləndirilir.

Maritime risk analitikası şirkəti Windward-un məlumatına görə, ötən il Şimal dənizində belə fəaliyyət 52% artaraq 13 079 gəmiyə çatıb. Cənubi Çin dənizi regionunda isə bu göstərici 88% artaraq 18 401 gəmi olub.

Beynəlxalq sularda infrastrukturun müşahidə edilməsi qanunsuz deyil. Lakin təhlükəsizlik üzrə ekspertlər bu qədər genişmiqyaslı xəritələndirmənin mümkün sabotaja hazırlıq ola biləcəyini düşünürlər.

Sualtı kabellərə qarşı fəaliyyət və bəzi kabellərin zədələnməsi NATO-nun ötən ilin yanvarında Baltic Sentry monitorinq sistemini, eləcə də Böyük Britaniyanın rəhbərliyi ilə Nordic Warden təşəbbüsünü yaratmasına səbəb olub. Bu mexanizmlər kritik infrastrukturun daha intensiv müşahidəsi və qorunması məqsədi daşıyır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.