"Molla rejimi Azərbaycan dövlətini özünə rəqib görür və bu istiqamətdə daim anti-Azərbaycan kampaniyası aparır" - RASİM QULİYEV
"İranda molla rejimi daim orada yaşayan, böyük bir hissəsini Azərbaycan əsilli türklərin təşkil etdiyi əhalinin Azərbaycan dövlətinə olan rəğbətindən narahatlıq keçirir. Hazırkı İran rejimi Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən və İranda yaşayan Azərbaycan əsilli türklərin Azərbaycana rəğbətinin artmasından daim ehtiyat edir". Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev bildirib.
Onun sözlərinə görə, molla rejimi Azərbaycan dövlətini özünə rəqib görür və bu istiqamətdə daim anti-Azərbaycan kampaniyası aparır: "Məqsəd İranda yaşayan türklərin Azərbaycan dövlətinə rəğbətini azaltmaq, Azərbaycanla bağlı mənfi təsəvvür formalaşdırmaq və onların milli həmrəyliyinin güclənməsinin qarşısını almaqdır. ABŞ-ın vitse-prezidenti Devid Vensin Türkiyə, Azərbaycan və digər müsəlman ölkələrinin adını çəkərək Körfəz müharibəsi zamanı ABŞ-a yardım məsələsi ilə bağlı səsləndirdiyi fikirləri isə mən heç də səmimi hesab etmirəm. Düşünürəm ki, bu açıqlama Azərbaycanla İran arasındakı münasibətləri gərginləşdirməyə yönəlmiş təxribat xarakterli bəyanatdır.
Eyni zamanda, Türkiyənin və Azərbaycanın regionda nüfuzu artdıqca və mövqeləri gücləndikcə ABŞ və İsrailin İrana və digər müsəlman ölkələrinə qarşı apardığı siyasətin həyata keçirilməsi müəyyən mənada çətinləşir. Bu baxımdan hesab edirəm ki, həmin bəyanat regiondakı müsəlman ölkələri və xalqları arasinda inamsızlıq yaratmaq və bir-birinə qarşı qoymağa hesablanmış addım kimi qiymətləndirilə bilər.
Şübhəsiz ki, İranın molla rejimi də Vensin bu bəyanatından Azərbaycan dövlətinin və Azərbaycan türklərinin əleyhinə istifadə etməyə çalışır. Molla rejimi uzun illərdir Azərbaycan Respublikasının güclənməsinin və İranda yaşayan Azərbaycan türkləri üçün nümunəyə çevrilməsinin qarşısını almaq məqsədilə müxtəlif təbliğat və qarayaxma kampaniyaları aparır.
Bu baxımdan Vensin bəyanatı İran rejiminin əlinə düşmüş əlavə bir fürsətə çevrilə bilər. Hesab edirəm ki, Azərbaycan dövlətinin İranda yaşayan milyonlarla Azərbaycan türkü ilə həmrəyliyinin güclənməsi, milli birliyin möhkəmlənməsi, eləcə də son dövrlərdə türk amilinin və İslam dünyasında inteqrasiya proseslərinin güclənməsi nə İran molla rejiminin, nə də sionizmin maraqlarına uyğun deyil, əksinə, göründüyü kimi bu məsələdə beynəlxalq sionizm və molla rejimi eyni mövqedən çıxış edirlər.
Bu mənada, Vensin mövqeyini İran rejiminin Azərbaycan türklərinə və ümumilikdə türk amilinə münasibəti ilə müəyyən paralellər təşkil edən yanaşma kimi qiymətləndirirəm".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 784 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 52 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 368 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 330 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
05.11.2026 400 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
05.11.2026 475 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
05.11.2026 412 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
05.11.2026 264 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 406 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 308