Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdlərin ali məktəbə qəbul hazırlığının məktəb daxilində daha səmərəli təşkil edilməsi və əlavə hazırlıq kurslarına ehtiyacın azaldılmasıdır.

Bu baxımdan yüksək müraciət sayı valideynlərin övladlarının məktəbdə daha gücləndirilmiş və istiqamətləndirilmiş təhsil almasına marağının artdığını göstərir. Bəs valideynlər yeni təmayül modelinə niyə bu qədər maraq göstərirlər? Onları bu modeldə cəlb edən əsas məqamlar hansılardır?
Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Çingiz Səfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, hesab edirəm ki, təmayül tədris modelinin tətbiqi xüsusilə yuxarı siniflərdə tədrisin daha məqsədyönlü təşkili baxımından əhəmiyyətli addımdır. Onun sözlərinə görə, model ötən ildən pilot olaraq ölkənin bir sıra məktəblərində tətbiq olunmağa başlanmışdı: "Pilot mərhələdə əldə olunan nəticələr nəzərə alınaraq, bu ildən onun əhatə dairəsi genişləndirilib. Burada əsas məqsəd ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyan X-XI sinif şagirdlərinin hazırlığını daha sistemli və planlı şəkildə elə məktəbin daxilində təşkil etməkdir. Təmayül modelinin ən mühüm üstünlüklərindən biri şagirdin gələcək istiqamətinə uyğun fənlərə daha çox vaxt ayrılmasıdır. Şagird hansı ixtisas qrupu üzrə ali təhsil almağı planlaşdırırsa, həmin istiqamət üzrə əsas fənlərin dərs saatları ənənəvi modellə müqayisədə artırılır və tədris xüsusi seçilmiş müəllimlər tərəfindən aparılır. Məncə, yuxarı siniflərdə belə bir yanaşmaya ehtiyac var. Çünki X-XI siniflərdə şagird artıq gələcək ixtisas istiqamətini müəyyənləşdirir və onun akademik hazırlığının da həmin məqsədə uyğun qurulması daha səmərəli nəticə verə bilər.

Məsələnin sosial tərəfi də olduqca vacibdir. Bu gün reallıq ondan ibarətdir ki, ali məktəbə hazırlaşan şagirdlərin böyük bir hissəsi daha yüksək nəticə əldə etmək üçün əlavə hazırlığa üz tutur. Bu isə ailələr üçün əlavə maliyyə yükü yaradır. Bütün ailələrin övladını bir neçə fənn üzrə əlavə hazırlığa göndərmək imkanı eyni deyil. Təmayül modelində isə bu hazırlığın dövlət hesabına məktəbin daxilində təşkil olunması təhsildə imkan bərabərliyi baxımından mühüm addımdır. Xüsusilə maddi imkanları məhdud ailələrin övladları üçün keyfiyyətli hazırlığa çıxışın genişlənməsi modelin ən ciddi üstünlüklərindən biridir.

Digər mühüm məsələ şagirdin vaxtıdır. Yuxarı siniflərdə bir şagirdin müxtəlif fənlər üzrə ayrı-ayrı ünvanlarda hazırlığa getməsi həm vaxt itkisinə, həm də əlavə yorğunluğa səbəb olur. Təmayül modeli isə ixtisas qrupu üzrə lazım olan əsas fənlərin hazırlığını eyni məktəbdə cəmləşdirir. Beləliklə, şagird həm vaxtına qənaət edir, həm də hazırlıq prosesi daha koordinasiyalı şəkildə təşkil olunur.

Modelin mənim üçün ən əhəmiyyətli tərəflərindən biri isə tədrisin yalnız X-XI sinif mövzuları ilə məhdudlaşmamasıdır. Şagird əvvəlki illərdə qazandığı baza biliklərinə yenidən qayıdır, boşluqlar müəyyənləşdirilir və mövzular sistemli şəkildə təkrarlanır. Məsələn, riyaziyyatda V sinifdən etibarən keçilmiş mövzuların ardıcıllıqla təkrarlanması və yeni mövzularla paralel şəkildə mənimsənilməsi şagirdin biliklərini daha möhkəm təməl üzərində qurmağa imkan verir. Vaxtaşırı keçirilən məktəbdaxili imtahanlar da nəticələrin izlənilməsi və zəif istiqamətlərin vaxtında müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Amma burada bir məqamı da xüsusi vurğulamaq lazımdır: modelin əhatə dairəsinin genişləndirilməsi özlüyündə uğur göstəricisi deyil. Əsas məsələ onun məktəblərdə hansı keyfiyyətdə tətbiq olunacağıdır. Müəllimlərin düzgün seçilməsi, dərs saatlarının səmərəli təşkili, şagirdlərin nəticələrinin davamlı ölçülməsi və pilot mərhələdən sonra göstəricilərin müqayisəli təhlili vacibdir. Yəni modelin effektivliyi yalnız neçə məktəbdə tətbiq olunması ilə deyil, həmin məktəblərdə şagirdlərin akademik nəticələrinə nə qədər təsir göstərməsi ilə qiymətləndirilməlidir.

Hesab edirəm ki, təmayül tədris modeli düzgün tətbiq edilərsə, məktəbin ali təhsilə hazırlıq prosesində rolunu əhəmiyyətli dərəcədə gücləndirə bilər. Əslində şagirdin ali məktəbə hazırlığının əsas ağırlıq mərkəzinin məktəbdən kənarda deyil, məktəbin özündə olması daha sağlam yanaşmadır. Məktəb şagirdə bu imkanı keyfiyyətli şəkildə verə bilirsə, ailənin əlavə hazırlıq üçün çəkdiyi xərc və şagirdin vaxt itkisi də azalır.

Bu baxımdan model şagird üçün daha sistemli hazırlıq, valideyn üçün maliyyə yükünün azalması, müəllim üçün isə əlavə motivasiya və daha yüksək əməkhaqqı imkanı yaradır. Daha geniş perspektivdən yanaşdıqda isə təmayül modelinin əsas nəticəsi məktəbin öz funksiyasını gücləndirməsi olmalıdır: şagird ali məktəbə qəbul üçün zəruri bilik və bacarıqları mümkün qədər elə ümumi təhsil müəssisəsində əldə edə bilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 773   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.