Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOQayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz bu qayalıqlardan şəhərə daxil olublar. Həmin qayalardakı güllə izləri bu gün də görünür. Bu izlər şanlı bir tarixin parçasıdır.

Şuşa şəhərinə gedən bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması isə haqlı narazılığa səbəb olur. Bu barədə öz təəssüratlarını Baku TV-yə bölüşən İkinci Qarabağ müharibəsi qazisi, istefada olan mayor Polad Rzayev bildirib ki, belə addımların atılması xoşagəlməz haldır:

"Bu, sadə dildə deyək ki, məni kədərləndirir. Çünki bu məsələyə açıq və qəti şəkildə demək etmək istərdim ki, Qarabağ, Şuşa sadəcə bizim gəzməli və şəkil çəkdirməli olduğumuz yerlər deyil, şəhərlər deyil. Onlar bizim milli qürurumuz, tarixi yaddaşımız və şəhidlərin qanı ilə aldığımız müqəddəs torpaqlarımızdır. Torpaqlarımızın, eləcə də Şuşanın işğaldan azad olunması üçün biz üç mindən çox şəhid vermişik və minlərlə hərbçimiz yaralanıb, sağlamlığını itirib.

Həmin müharibənin iştirakçısı və qazisi olaraq deyə bilərəm ki, kimsə Şuşada öz adını, irsini qoymaq üçün orada adlar yazdıra bilməz və onun buna mənəvi hüququ yoxdur, haqqı yoxdur. Əgər kimsə öz adını, irsini, izini qoymaq istəyirsə, bunu öz mədəniyyəti ilə, öz davranışı ilə və Vətənə olan xidməti ilə göstərməlidir. Qarabağa və yaxud da ki, Şuşaya biz turist kimi gedə bilərik, amma unutmamalıyıq ki, ora bizə şəhidlərimizin əmanətidir və əmanətə sahib çıxmaq, əmanəti qorumaq bizim borcumuzdur", - deyə o bildirib.

P.Rzayev əlavə edib ki, oraya turist kimi getmək olar: "Amma bir şeyin fərqinə varmaq lazımdır ki, o torpaqlara ayaq basanda o torpaqların məsuliyyətini daşıyan bir vətəndaş olmalıyıq və oranı qorumalıyıq. Şəhidlərin adları bizim qəlbimizə yazılıb. Şəhidlərin adlarını ucaltmaq üçün hər hansı bir daşa yazı yazmaq lazım deyil.

Bu vətən bizə atalarımızdan mirasdır. Bəli, 30 il biz qarabağlı olaraq bu acını yaşadıq, amma bu nəsil olaraq Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı bütünləşdirdik. Biz bu irsi sizlərə təhvil verdik. Sizlər onu qorumalı və gələcək nəsillərə çatdırmalısınız. Onlara təhvil verməlisiniz. Onu qorumaq da maariflənməkdən keçir, tariximizi öyrənməkdən keçir ki, biz o torpaqları nəyin bahasına qoruyub saxlamışıq. Ona görə də hər birinə öz vəzifə borcunu vicdanla yerinə yetirməyi və maariflənməyi tövsiyə edirəm".

Qeyd edək ki, Polad Rzayev 3 yaşında olarkən atası Tofiq Rzayevi 1-ci Qarabağ müharibəsində itirib. 13 yaşından hərbi təhsil almağa başlayıb. 9 il xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışıb. Vətən müharibəsində Murov yüksəliklərindən başlayaraq, Qubadlıya qədər döyüş yolu keçib.

Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qubadlının azad olunmasında iştirak edib. Cəbrayıla Azərbaycan bayrağını da məhz Polad Rzayev sancıb. O, oktyabrın 19-u Qubadlıda gedən döyüşlərdə yaralanıb, hər iki ayağını itirib.

Polad Rzayev "Şücaətə görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Polad Rzayev və onun kimi qəhrəmanlar adlarını tarixə bu cür yazdırıb, bu cür izlər qoyublar. Özlərini dırnaqarası formada tarixə əlavə etməyə çalışanlar isə həmin izlərə qənim kəsiliblər. Həmin yaddaşa adlar yazmaq yox, gələcək nəsillərə o yaddaşı olduğu kimi çatdırmağa ehtiyac var.(oxu.az)

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEOVətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayrağımız qürurumuz və fəxrimizdir

Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca

11:31 123
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 120
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

12:06 106
.

Prezidentlə xanımı Cəbrayıla getdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

13:02 0
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 345
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 326
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 335
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 315
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

10:43 197
.