Kallasdan Ukrayna üçün kritik çağırış: Aİ ölkələri raket-interseptorları Kiyevə versin
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Aİ ölkələrini ehtiyatlarında olan raket-interseptorları Kiyevə verməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, Kallas bu barədə İrlandiyada Aİ üzv ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyul və avqust ayları Ukraynada mülki əhali üçün ən öldürüldüyü aylardan olub. Kallas Rusiyanın hücumlarının intensivliyini artırdığını və bunun mümkün qədər böyük zərər vurmağa yönəldiyini bildirib.
"Ukraynalılar, əlbəttə, möhkəm dayanırlar və biz onları dəstəkləməliyik", - deyə Aİ-nin ali nümayəndəsi vurğulayıb.
Kallas hazırda Ukraynanın qarşılaşdığı əsas problemlərdən birinin hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların çatışmazlığı olduğunu qeyd edib.
O bildirib ki, bəzi Aİ ölkələrinin ehtiyatında istifadə müddəti yaxın zamanda başa çatacaq raket-interseptorlar mövcuddur. Kallas həmin ölkələri bu sursatları Ukraynaya verməyə çağırıb.
"Bəzi ölkələrdə istifadə müddəti tezliklə başa çatacaq interseptorların olduğunu bilirik. Onların Ukraynaya təhvil verilməsi çox yaxşı olardı ki, Kiyev bu raketlərdən öz əhalisini qorumaq üçün istifadə edə bilsin", - deyə Kallas çağırış edib.
Aİ rəsmisi əlavə edib ki, Brüssel Ukraynanın hava hücumundan müdafiəsi üçün interseptorların əldə olunması məqsədilə Avropa İttifaqından kənarda yerləşən ölkələrlə də danışıqlar aparır. Bununla belə, o, bu prosesin kifayət qədər çətin olduğunu bildirib.
Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi fonunda ABŞ-da da bəzi raket sistemlərinin istehsalının artırılması planlaşdırılır. Məlumata görə, "Patriot" kompleksləri üçün PAC-3 MSE raketlərinin istehsalının üç dəfə, THAAD sistemlərinin interseptorlarının istehsalının isə dörd dəfə artırılması nəzərdə tutulur.
Bu istiqamətdə bağlanan müqavilələrin yeddi il müddətinə hesablandığı və həm istehsal həcmlərinin artırılmasını, həm də silahların hərbçilərə çatdırılma qrafiklərinin sürətləndirilməsini əhatə etdiyi bildirilir.
Bundan başqa, "General Dynamics" şirkətinin interseptorlar üçün mühərrik korpusları, hədəfə istiqamətlənmə başlıqlarının korpusları və orta hissələr kimi xüsusi komponentlərin istehsalını sürətləndirməsi planlaşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 781 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 243 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 196 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 207 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 1 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 193 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 119 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 207 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 415 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 205