"Bolt"dan ayıq sürücü sifariş etdi, maşını zədələndi - "Atəşgah" zərəri ödəmir (VİDEO)

"Bolt"dan ayıq sürücü sifariş etdi, maşını zədələndi - "Atəşgah" zərəri ödəmir (VİDEO)Ayıq sürücü xidməti üçün çağırılan şəxsin idarə etdiyi avtomobil zədələnib, lakin vətəndaş iki aydan çoxdur ki, dəymiş zərərin ödənilməsi üçün mübarizə aparır. Sığorta şirkəti isə sürücünün sığorta qaydalarına əsasən "səlahiyyətləndirilmiş sürücü" olmadığını əsas gətirərək ödənişdən imtina edib.

Tribuna.az xəbər verir ki, vətəndaş "Bolt" tətbiqi vasitəsilə ayıq sürücü xidməti sifariş edib.

İddialara görə, sifariş üzrə avtomobili idarə edən Şərifov Arif Mirzə oğlu "Bolt"un əməkdaşlıq etdiyi "Günra Transport" MMC-nin ayıq sürücüsüdür.

Avtomobilin məhz həmin şəxsin idarə etdiyi zaman zədələnməsindən sonra nəqliyyat vasitəsinin sahibi dəymiş zərərin qarşılanması üçün sığorta şirkətinə müraciət edib.
Lakin sığorta şirkətinin vətəndaşa göndərdiyi cavabda bildirilir ki, aparılan araşdırma zamanı hadisə vaxtı "BMW 740 D" markalı, 014600/97 dövlət qeydiyyat nişanlı avtomobili Şərifov Arif Mirzə oğlunun idarə etdiyi müəyyənləşdirilib.

Şirkət "Avtonəqliyyat vasitələrinin könüllü sığortası" üzrə sığorta Qaydalarının 6-cı maddəsinə istinad edərək, avtomobilin qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsini sığorta təminatında məhdudiyyət kimi göstərib.
Həmçinin Qaydaların 38.1.7-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyi bildirilib və bu əsasla sığorta ödənişindən imtina edilib.
Ancaq vətəndaşın narazılığı da məhz bu məqamdan başlayır.
Çünki söhbət avtomobili icazəsiz şəkildə idarə edən təsadüfi şəxsdən deyil, iddiaya görə "Bolt" vasitəsilə sifariş edilən ayıq sürücü xidmətini göstərən və "Günrat Transport" MMC-də çalışan şəxsdən gedir.

"Günra Transport" MMC də Şərifov Arif Mirzə oğlunun şirkətdə işlədiyini təsdiqləyən sənədlərin və faktların olduğunu bildirir.

Şirkətin mövqeyinə görə, sığorta şirkətinin ödənişdən imtina etməsi əsassızdır.
Belə olan halda vətəndaşın qarşısında ciddi suallar yaranır:

Əgər şəxs ayıq sürücü kimi xidmət göstərirsə, bu xidmət "Bolt" üzərindən sifariş edilirsə və həmin şəxs tərəfdaş şirkətin əməkdaşıdırsa, niyə xidmət zamanı baş verən hadisənin bütün yükü avtomobil sahibinin üzərində qalmalıdır?

Vətəndaş bildirir ki, iki aydan artıqdır avtomobilinə dəymiş zərərin ödənilməsi üçün müxtəlif tərəflərə müraciət edir.

Lakin tərəflər arasında məsuliyyət məsələsinin həll edilməməsi nəticəsində zərərçəkən şəxs faktiki olaraq ortada qalıb.

Məsələ ilə bağlı Bakues.az-a açıqlama verən nəqliyyat eksperti

Aslan Əsədov hesab edir ki, burada hər hansı anlaşılmazlıq olub və ya araşdırma sona qədər aparılmayıb.

Ekspertin sözlərinə görə, məsələnin əsas mahiyyəti nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyinin önə çıxarılması deyil.

Onun fikrincə, burada nəqliyyat vasitəsinin idarə edilməsi zamanı fors-major halların baş verməməsi və sığortanın imtina səbəbləri əsas götürülməlidir.

Aslan Əsədov qeyd edib ki, sürücünün spirtli içkinin təsiri altında olması, narkotik vasitə və ya psixotrop maddədən istifadə etməsi kimi xüsusi hallar sığorta şirkətinin ödənişdən imtina etməsinə əsas yarada bilər:

"Amma bunlar yoxdursa, nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyindən asılı olmayaraq hadisə baş veribsə, burada sığorta haqqının ödənilməsinə dair bir çıxarış olmalıdır".

Ekspert bildirib ki, vətəndaş məsələdən narazıdırsa, birbaşa Mərkəzi Banka müraciət edə bilər.

Onun sözlərinə görə, sığorta hadisələri və sığorta şirkətlərinə nəzarətlə bağlı səlahiyyətli qurum Mərkəzi Bankdır.

Aslan Əsədov hesab edir ki, Mərkəzi Bank tərəfindən məsələnin obyektiv araşdırılacağı və problemin daha qənaətbəxş formada həll ediləcəyi gözlənilir.

"Yenə də qeyd edirik, məsələnin əsas mahiyyəti vətəndaş məmnuniyyətinin
yaradılmasıdır, vətəndaş məmnuniyyətinin olmasıdır. Hər hansı bir sığorta şirkəti bununla bağlı müvafiq olaraq məsələni yenidən araşdırmalıdır, məsələyə yenidən baxmalıdır, obyektiv bir qərar çıxartmalıdır", - ekspert vurğulayıb.

Beləliklə, vətəndaş artıq iki aydan çoxdur avtomobilinə dəymiş zərərin ödənilməsini gözləyir.

İndi əsas sual isə budur: Sığorta şirkətinin imtinası həqiqətən qaydalara uyğundur, yoxsa vətəndaşın müraciəti yenidən və daha ətraflı araşdırılmalıdır?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.