Atasını öldürüb meyitini "Bəkdəmir yalı"na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, "Bəkdəmir yalı" adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.
Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy rayon prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub.
Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu, Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında, atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığında yerləşən "Bəkdəmir yalı" adlanan əraziyə aparıb.
P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib. O, 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması və cinayət törətmiş şəxslərin müəyyən edilərək qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
***
31 avqust, saat: 15:25
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb.
Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onun oğlu, 59 yaşlı Polad Məmmədov olub.
Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 884 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 243 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 196 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 207 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 1 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 193 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 119 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 207 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 415 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 205