Bişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir

Bişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir"Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm siyasi hadisə hesab etmək olar. Çünki burada söhbət artıq yalnız sülh haqqında danışmaqdan getmir. Söhbət əldə olunmuş razılaşmaların real həyatda necə tətbiq edilməsindən və regionda yeni siyasi-iqtisadi reallığın formalaşdırılmasından gedir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, görüşün əsas əhəmiyyətli məqamlarından biri Azərbaycan və Ermənistan liderlərinin birbaşa dialoqu davam etdirməsidir:

"Bu, özlüyündə ciddi siyasi mesajdır. Dünən müharibə aparmış iki ölkənin rəhbərlərinin bu gün qarşılıqlı əlaqələrin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi, ticarət və nəqliyyat məsələlərini müzakirə etməsi Cənubi Qafqazda yeni mərhələnin formalaşdığını göstərir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, tərəflər 2025-ci il Vaşinqton sammitinin nəticələrinə, Birgə Bəyannaməyə və sülh sazişinin razılaşdırılmış mətninin ilkinləşdirilməsinə istinad ediblər. Deməli, Bişkek görüşü tamamilə yeni səhifənin açılmasından daha çox, artıq əldə edilmiş siyasi razılaşmaların möhkəmləndirilməsi və onların praktiki mexanizmlərə çevrilməsi baxımından əhəmiyyətlidir".

Ekspert qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərində mühüm istiqamətlərdən biri də sülhün iqtisadi dividendləridir.

"Azərbaycan artıq Ermənistana neft məhsulları ixrac edir, üçüncü ölkələrdən Ermənistana gedən taxıl və digər yüklər Azərbaycan ərazisindən tranzit edilir. Bu, çox mühüm hadisədir. Çünki əsl sülh yalnız kağız üzərində imzalanan sənəd deyil. Əsl sülh insanların həyatında, ticarətdə, nəqliyyatda və iqtisadi münasibətlərdə özünü göstərməlidir.

Bu baxımdan Azərbaycan öz siyasətində çox mühüm bir prinsip ortaya qoyur: sülh yalnız siyasi sənəd deyil, həm də regional iqtisadi əməkdaşlıq üçün yeni platformadır. Liderlərin ticarət, enerji və iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etməsi də bunu göstərir".

B.Quliyev bildirib ki, digər mühüm istiqamət Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyasıdır:

"İki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsi xüsusilə vacibdir. Çünki uzunmüddətli sülh üçün sərhədlərin hüquqi və texniki baxımdan müəyyənləşdirilməsi fundamental əhəmiyyət daşıyır.

Digər mühüm məsələ isə TRIPP layihəsidir. Bişkek görüşündə bu layihənin həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımların müzakirə olunması göstərir ki, məsələyə artıq yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində baxılmır. Burada Cənubi Qafqazın nəqliyyat xəritəsinin dəyişməsi və regionun Şərq-Qərb bağlantılarında daha mühüm mövqeyə çıxması məsələsi var".

Siyasi ekspertin sözlərinə görə, Bişkek görüşünün digər mühüm xüsusiyyəti etimad mühitinin yaradılması ilə bağlı məsələlərin də diqqətdə saxlanılmasıdır.

"Parlamentlərarası və vətəndaş cəmiyyəti səviyyəsində təmasların müsbət qiymətləndirilməsi göstərir ki, sülh yalnız prezidentlər və hökumətlər səviyyəsində qalmamalıdır. Cəmiyyətlər də bu prosesə hazırlanmalıdır.

Burada Azərbaycanın mövqeyi aydındır. Azərbaycan artıq müharibə mərhələsini geridə qoyaraq regionda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı əlaqələrin qurulmasına çalışır. Prezident İlham Əliyevin diplomatik xəttinin əsas xüsusiyyəti də budur ki, siyasi nəticələr real regional layihələrlə tamamlanır".

B.Quliyev hesab edir ki, Bişkek görüşünü məhz bu kontekstdə qiymətləndirmək lazımdır:

"Bu görüş sülh prosesinin alternativi deyil, onun davamıdır. Daha doğrusu, Vaşinqtonda əldə edilmiş siyasi razılaşmaların Cənubi Qafqazda praktiki reallığa çevrilməsi istiqamətində növbəti addımdır.

Ən vacib məqam isə budur ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq əsas sual "sülh olacaq, ya olmayacaq?" sualı deyil. Əsas sual əldə olunmuş razılaşmaların necə və nə qədər sürətlə həyata keçiriləcəyidir.

Bu baxımdan Prezident İlham Əliyev və Nikol Paşinyanın Bişkekdə birbaşa dialoqu, xüsusilə görüşdən sonra Azərbaycan və Ermənistan rəsmilərinin sülh gündəliyi üzrə təmasları davam etdirməsi prosesin yalnız liderlər səviyyəsində qalmadığını göstərir.

Düşünürəm ki, Bişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkə kimi regionun gələcək təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasında əsas aktorlardan biridir. Ermənistan üçün isə bu reallıqla uzlaşmaq və Azərbaycanla normal dövlətlərarası münasibətlər qurmaqdan başqa alternativ getdikcə daralır.

Sülhün möhkəmliyi bundan sonra atılacaq və həyata keçiriləcək konkret addımlardan asılı olacaq. Azərbaycanın mesajı aydındır: sülh, təhlükəsizlik, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat bağlantıları və iqtisadi əməkdaşlıq bir-birindən ayrı proseslər deyil, vahid regional inkişaf strategiyasının tərkib hissələridir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 737   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.