Azərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu
Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb.
BiG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdən etibarən tennisə böyük maraq göstərib və bu idman növünü öyrənmək onun üçün asan alınıb. Xüsusilə topu yaxşı hiss etməsi və çevik ayaq hərəkətləri ilə seçilib.
Cahangir Aslanov 11-17 avqust tarixlərində Tbilisidə keçirilən beynəlxalq səviyyəli Ten-Pro Global Junior Tour - Georgia Cup / Georgia Bowl turnirində Azərbaycanı təmsil edib. Gənc tennisçi yarışda uğurlu çıxış edərək 1-ci yerə layiq görülüb.
Turnirdə digər azərbaycanlı tennisçi Mansur Alixanbəyli isə 2-ci yeri tutub.
Qeyd edək ki, Cahangir Aslanov 2023-cü ildə keçirilən Bakı Çempionatında da iştirak edib və ilk dəfə yarışın qalibi olub. O, 2026-cı ilin əvvəlində keçirilən Bakı Çempionatında 2-ci, sonuncu Bakı Çempionatında isə 3-cü yerə sahib çıxıb.
Cahangir Aslanov və Mansur Alixanbəyli ölkəmizdə 10 yaşadək yeniyetmələr arasında keçirilən beynəlxalq səviyyəli turnirdə mükafatçı yerlər tutan ilk azərbaycanlı tennisçilər kimi tarixə düşüblər.
Gənc tennisçimiz Cahangir Aslanova gələcək idman karyerasında yeni uğurlar arzulayırıq!








Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 523 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind
06.09.2026 234 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
06.09.2026 253 İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib
İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli
12:20 140 Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs
"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə
10:36 144 Yağış yağacaq
Sentyabrda 8-də yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündü
12:47 80 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
13:32 27 Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...
Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya
12:04 174 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla
12:45 105 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
10:20 215