Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir
Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan, eyni zamanda beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qlobal proseslərin sülh və sabitlik şəraitində inkişafında, həmçinin regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin reallaşmasında mühüm ölkələrdən biri kimi ön sırada dayanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi. Bu Zəfər regionda və Avrasiya məkanında yeni reallıqlar yaratdı və bu gün əksər ölkələr Cənubi Qafqazın gələcək inkişafının məhz bu reallıqlar fonunda mümkün olduğunu qəbul edir.
Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda sıravi və passiv mövqedə dayanmır, sülh və sabitliyin, iqtisadi inteqrasiya və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verir.
Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) yeri və rolu da xüsusi əhəmiyyət daşıyır. ŞƏT-də iştirak ölkəmizə Asiyanın mühüm siyasi və iqtisadi proseslərində daha fəal iştirak etməklə yanaşı, Asiya ilə Qərb arasında əlaqələrin dərinləşdirilməsində rolunu gücləndirmək imkanı yaradır. Azərbaycanın ŞƏT-də iştirakı ölkəmiz üçün ciddi iqtisadi dividendlər də vəd edir. Çin, Hindistan, Pakistan, Rusiya, İran və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi yeni ticarət, investisiya, logistika, sənaye və qeyri-neft sektoru imkanları yarada bilər. Azərbaycanın əsas üstünlüyü isə bu nəhəng iqtisadi məkanı Qərb bazarları ilə birləşdirən mühüm bağlantı ölkəsi olmasıdır.
Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların Xəzər üzərindən Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artırır. ŞƏT çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi də Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyi və enerji marşrutlarının şaxələndirilməsində rolunu təsdiqləyib. Zəngəzur dəhlizinin gələcəkdə istifadəyə verilməsi isə bu imkanları daha da genişləndirərək Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantısındakı rolunu gücləndirə bilər. Bununla yanaşı, ŞƏT məkanından investisiyaların və yeni texnologiyaların cəlb edilməsi, Azərbaycan məhsullarının böyük bazarlara çıxış imkanlarının genişləndirilməsi də mühüm dividendlər sırasındadır.
Burada yalnız Azərbaycanın ŞƏT-dən nə qazanacağına deyil, Azərbaycanın ŞƏT-ə nə verə biləcəyinə də diqqət yetirmək lazımdır. Xəzər dənizi, Bakı Limanı, Orta Dəhliz, Şimal-Cənub marşrutu və enerji infrastrukturu ŞƏT ölkələrinin Avropa bazarlarına çıxışını genişləndirən strateji imkanlardır. Bu baxımdan Azərbaycan ŞƏT üçün sadəcə tərəfdaş deyil, Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayan ölkədir.
Nadir Azəri - "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, siyasi şərhçi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 776 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 243 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 196 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 207 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 1 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 193 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 119 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 207 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 415 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 205