ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə

ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdəAzərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün formal üzvlük statusundan daha çox, Avrasiya məkanının iqtisadi, logistik və enerji xəritəsini formalaşdıran vacib strateji tərəfdaşdır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkilatın yaranmasının 25 illik yubileyinə həsr olunan zirvə görüşü başlayıb. Qırğızıstanın 2025-2026-cı illər üzrə sədriyi çərçivəsində təşkil edilən bu yüksək səviyyəli sammit regionun liderlərini və tərəfdaş dövlətləri bir araya gətirib. Sammitin əsas şüarı belədir: "ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə".
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün coğrafi baxımdan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında körpü rolu oynayan strateji logistika və enerji qovşağıdır. Azərbaycanın ŞƏT-lə institusional münasibətləri 2015-ci ildə rəsmiləşib. İyulun 10-da Rusiyanın Ufa şəhərində keçirilən Dövlət Başçıları Şurasının iclasında Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul edilib. Ölkəmizin davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ŞƏT-lə münasibətlərə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Transxəzər nəqliyyat marşrutunun - Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir. İlham Əliyev ŞƏT sammitində ilk dəfə 15-16 sentyabr 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində iştirak edib. Azərbaycan Prezidenti həmin vaxt təşkilata sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində sammitə qatılmışdı. Səmərqənddəki çıxışın əsas mövzusu Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika qovşağına çevrilməsi idi. İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini, Ələt limanını, Xəzərdəki mülki yük donanmasını, Bakı Gəmiqayırma Zavodunu və ölkənin dəmir yolu infrastrukturunu təqdim edib. Ələt limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması planı, Azərbaycandan keçən tranzit daşımaların artması və Zəngəzur dəhlizinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb.
Bu nüfuzlu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan statusunu yüksəltmək niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən Azərbaycan Çin üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanır. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünyada özünü mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin ötən il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.
Xatırladaq ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatı özündə 10 üzv ölkəni birləşdirir. Bu ölkələrin ümumi əhalisi təxminən 3,5 milyard nəfərdir ki, bu da dünya əhalisinin təxminən 42 faizini təşkil edir. ŞƏT ölkələrinin ümumi ərazisi 36 milyon kvadratkilometrə yaxındır və bu, dünyanın quru ərazisinin təxminən 24 faizinə bərabərdir. İqtisadi göstəricilər də kifayət qədər böyükdür. ŞƏT ölkələrinin iqtisadiyyatı nominal ifadədə təxminən 27 trilyon dollar təşkil edir ki, bu da qlobal iqtisadiyyatın təxminən 23 faizidir. Alıcılıq qabiliyyəti pariteti ilə hesablandıqda isə onların dünya ÜDM-də payı 36 faizə çatır. Bu rəqəmlər bir daha göstərir ki, Şanxay Əməkdaşlıq Təşkilatı böyük iqtisadi, demoqrafik və coğrafi potensiala malik mühüm beynəlxalq platformadır. Belə bir platformada Azərbaycanın dialoq tərəfdaşı kimi iştirakı ölkəmiz üçün ciddi iqtisadi imkanlar yaradır. Xüsusilə nəqliyyat, enerji, logistika, rəqəmsal texnologiyalar, süni intellekt, investisiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına tam uyğundur.

Sevinc Azadi - araşdırmaçı jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 243
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 196
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 207
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 1
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 193
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 119
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 207
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 415
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 205
.