"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda davaBakının Nizami rayonundakı ticarət mərkəzində dava olub.

Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib.

Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib.

Bu zaman orada satıcı işləyən 1986-cı il təvəllüdlü Aysu Əliyeva ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı satıcı Afətin sağ qol nahiyəsinə vuraraq xəsarət yetirib.

Aysunun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş qaldırılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə izahat verən zərərçəkmiş Afət Babayeva bildirib ki, gəlinləri ilə birlikdə nişan paltarı almaq məqsədilə "Laçın" Ticarət Mərkəzində yerləşən gəlinlik yerinə gedib: "Mağazada bəyəndiyim libası geyinərək yoxladıqdan sonra bəyənmədiyimi bildirdim. Bu zaman mağazanın satıcısı yaxınlaşaraq sağ qol nahiyəmdən bərk çimdiklədi, mənə xəsarət yetirdi".

İş üzrə izahat verən Aysu isə özünü ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, hadisə günü işlədiyi gəlinlik mağazasına iki nəfər yaxınlaşıb: "Zərərçəkmiş şəxs bəyəndiyi libası geyinərək yoxladıqdan sonra çıxartdı. Həmin vaxt ondan xoşagəlməz qoxu gəldiyini hiss etdim və bu səbəbdən xanımla aramızda mübahisə yarandı. Ona qarşı hər hansı zorakılıq tətbiq etməmişəm, ona vurmamışam. 3 il müddətində qaydasız döyüşlə məşğul olmuşam. Əgər onu vursaydım, ağır xəsarət yetirərdim".

Nizami Rayon Məhkəməsinin qərarı ilə Babayevanın əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.

Hökmə əsasən, onun barəsində həmin maddə ilə başlanmış inzibati icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 38.3-cü maddələrində nəzərdə tutulan müddətlər keçdiyinə görə xitam verilib.(Teleqraf)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.