Tramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"

Tramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib.

Oxu.Az xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:

"Amerika Birləşmiş Ştatları qısa müddət əvvəl Venesuela dövləti ilə dünya tarixindəki ən böyük neft razılaşmasını əldə etdi".

Dövlət başçısının sözlərinə əsasən, Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Venesuelanın keçid dövrü prezidenti Delsi Rodriges və özəl sektorun ortaq səyləri nəticəsində "amerikalı vergiödəyicilərin heç bir vəsaiti xərclənmədən" 65 milyard bareldən çox təsdiqlənmiş Venesuela neft ehtiyatı ABŞ-nin tam nəzarətinə keçib.

"Bu tarixi müqavilə ABŞ-nin neft ehtiyatlarını ikiqat artırmaqla yanaşı, tədarük həcmini ciddi şəkildə yüksəldəcək və bütün amerikalılar üçün uzun illər boyu benzin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olacaq. Bununla yanaşı, atılan bu addım Venesuelanın böyük inkişaf və tərəqqi yolunda irəliləməsinə dəstək verəcək", - deyə vurğulayan ABŞ rəhbəri əlavə edib ki, razılaşma iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək.

Daha sonra ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib ki, Venesuelanın ABŞ ilə neft müqaviləsi bu Cənubi Amerika ölkəsinin əhalisinə təxminən 100 milyard dollar qazandıracaq.

Onun sözlərinə görə, razılaşma ABŞ-nin neft ehtiyatlarını ikiqat artırmasına, bazara çıxarılan neft təklifini çoxaltmasına və uzunmüddətli perspektivdə amerikalılar üçün benzinin qiymətini ucuzlaşdırmağa şərait yaradacaq.

Rubio əlavə edib ki, saziş həm amerikalılar, həm də venesuelalılar üçün "nəhəng qələbə" hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 104   Tarix: 29 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb. BİG.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətç

10:16 326
.

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib. "Report"un Balkan bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sözügedən yanğınların 5-i hələ də aktivdir, 2-si isə nəzarət altında saxlanılır. Məlumata görə, hazırda 481 fövqəladə halla

17:00 142
.

Tramp ABŞ və Venesuela arasında 65 milyard barel neftlə bağlı "tarixi" razılaşma əldə edildiyini bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Venesuela ilə ölkənin təsdiqlənmiş 65 milyard bareldən çox neft ehtiyatına nəzarəti ələ keçirmək barədə razılığa gəlib. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, Tramp özünün Truth Social platformasında bildirib ki, "Bu tarixi əməliyyat Amerika nef

09:23 303
.

XƏBƏRDARLIQ! Bakıda bu tarixədək LEYSAN OLACAQ

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı

18:21 205
.

Bakıda leysan olacaq

Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

12:54 231
.

Geyimləri ilə gündəmə gələn Fidan müəllim SAXLANILDI

Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ankara Baş Prokurorluğu Atalayın "fidannatalay" adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-c

14:26 404
.

Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 165,25 milyon ABŞ dolları dəyərində 46,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulların dəyər

18:40 129
.

Dünyanın ən məşhur əti - XX əsrdə hamı ala bilmirdi

XX əsrin böyük hissəsi ərzində bahalı və yalnız azlıq üçün əlçatan olan toyuq əti XXI əsrdə dünyanın ən populyar ət növünə çevrilib. xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nəşr müəyyən edib ki, son üç-dörd ildə dünyada toyuq əti istehsalının artım tempi yüksəlib və hazırd

28.08.2026 344
.

Rusiya XİN-dən Simonyanın sözlərinə sərt cavab

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın səfərbərlik elan ediləcəyi təqdirdə ölkəsinin Rusiyadan gələcək yeni miqrant axınını qəbul etməyə hazır olduğu barədə açıqlaması Rusiya Xarici İşlər Nazirliyinin sərt reaksiyasına səbəb olub. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyini

10:18 209
.