Narek Karapetyanın və Aleksan Aleksanyanın işi Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib
Parlamentdəki "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan və partiya üzvü Aleksan Aleksanyana qarşı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, iş ittiham aktı ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.
İstintaqın məlumatına görə, Karapetyan və Aleksanyan digər şəxslərlə birlikdə cinayətkar təşkilat yaradıb və ona rəhbərlik ediblər. Bu şəxslər dövlətə xüsusilə külli miqdarda ziyan vurulması ilə nəticələnən qeyri-qanuni fəaliyyətlərini gizlətmək üçün yaradılmış "Bizim tərzdə" ictimai təşkilatından istifadə ediblər.
Bundan əlavə, onlara xidməti səlahiyyətlərindən və bununla bağlı nüfuzlarından istifadə etməklə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (yuyulması), həmçinin 2025-2026-cı illərdə vətəndaşların yığıncaqlarda iştirakı üçün maddi cəhətdən stimullaşdırılması ittihamı irəli sürülüb.
İstintaqın versiyasına görə, Karapetyan və Aleksanyanın qeyri-qanuni fəaliyyəti Ermənistan parlamentinə 2026-cı il iyunun 7-nə təyin edilmiş seçkilərlə əlaqədar olub. Onların hərəkətləri seçki prosesinin gedişinə təsir göstərməyə, "Güclü Ermənistan" partiyasının və sonradan formalaşdırılmış eyniadlı alyansın dəstəklənməsi üçün daha çox səs toplanmasına kömək etməyə, eləcə də bu siyasi qüvvəyə geniş ictimai dəstək illüziyası yaratmağa yönəlib.
Xüsusilə, istintaq materiallarında qeyd olunub ki, 2025-ci ilin sentyabrından 2026-cı ilin fevralınadək Ermənistanın müxtəlif yaşayış məntəqələrində "Bizim tərzdə" ictimai təşkilatının 114 ofisi açılıb. İttiham tərəfinin versiyasına görə, bu məkanlardan faktiki olaraq "Güclü Ermənistan" partiyasının fəaliyyətinin təşkili üçün, o cümlədən partiya ofisləri və seçkiqabağı qərargahlar kimi istifadə olunub.
Aleksanyan 2026-cı il iyunun 3-dən həbsdədir. Karapetyan barəsində isə ölkədən çıxışa qadağa və girov şəklində qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 694 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789