Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQYay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulun tərkibi, saxlanma müddəti, temperatur rejimi və qablaşdırılması istehlakçı üçün diqqət edilməli əsas məqamlardandır.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. Onun sözlərinə görə, dondurma mövsümü başlayandan istehlakçılardan bu məhsulla bağlı müxtəlif məlumatlar daxil olur:"Dondurma mövsümü başlayandan etibarən istehlakçılardan bu məhsulla bağlı müxtəlif şikayətlər daxil olur. Məsələn, bu gün bir istehlakçı zəng edərək aldığı dondurmanın qabının əzik və zədələnmiş vəziyyətdə olduğunu bildirib. Təəssüf ki, dondurmanın və ya istehsalçı şirkətin adını qeyd etməyib.

Dünən isə başqa bir istehlakçı küçədə yerə düşmüş dondurma gördüyünü deyib. Onun sözlərinə görə, dondurmanın içindəki ağ hissə ərimiş olsa da, üzərindəki şokolad isti yay havasında belə əriməmişdi. Yəni istehlakçılardan bu məhsulla bağlı müxtəlif məlumatlar və müşahidələr daxil olur.
Qeyd edim ki, dondurma yüksək kalorili süd məhsuludur. Onun istehsalında əsasən kərə yağından istifadə olunur. Lakin müəyyən texniki şərtlərə və standartlara uyğun olaraq, kokos yağından da dondurma hazırlana bilər. Bu, özlüyündə qeyri-normal hal deyil və müvafiq standartlara cavab verdiyi halda mümkündür.
Lakin bəzi hallarda dondurma istehsalçıları, necə deyərlər, kərə yağına qənaət etmək məqsədilə məhsula müxtəlif bitki yağları əlavə edə bilərlər. Bu isə dondurmanın keyfiyyətində və dadında özünü göstərir. Standartlara uyğun hazırlanmış keyfiyyətli dondurma dilə qoyulduqda təzə qaymaq dadı verməlidir".

Eyyub Hüseynov istehlakçıların dondurmanın qablaşdırılmasına xüsusi diqqət yetirməli olduğunu deyib. Onun sözlərinə görə, əzilmiş və sonradan yenidən dondurulmuş məhsullardan uzaq durmaq lazımdır:"Əgər dondurma qablaşdırılmış şəkildə satılırsa, istehlakçı onun qablaşdırılmasına da diqqət etməlidir. Məhsul əzilmiş, deformasiyaya uğramış və sonradan yenidən dondurulmuş vəziyyətdə olmamalıdır. Xüsusilə uzaq ölkələrdən gətirilən dondurmalar daşınma zamanı temperatur dəyişikliyinə məruz qala, əriyə, daha sonra isə yenidən dondurula bilər. Belə halda məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi risklər yarana bilər.
İstehlakçının hüququ var ki, məhsulun istehsal və buraxılış tarixi, eləcə də son yararlılıq müddəti barədə satıcıdan məlumat tələb etsin. Bununla belə, ilkin məlumat dondurmanın üzərindəki etiketdə əksini tapır. İstehlakçılara mümkün qədər yararlılıq müddəti çox uzun olmayan dondurmalara üstünlük verməyi tövsiyə edirəm.
Picture backgroundOnu da qeyd edim ki, Azərbaycanda bir neçə yerli dondurma istehsalçısı fəaliyyət göstərir. Eyni zamanda ölkəyə xaricdən də müxtəlif dondurmalar gətirilir. Mən istehlakçılara yerli istehsala üstünlük verməyi tövsiyə edərdim. Çünki yerli istehsal müəssisələri müvafiq nəzarət mexanizmləri çərçivəsində fəaliyyət göstərir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdə saxlanılır.
İstehlakçı hər hansı problemlə qarşılaşarsa və ya şübhəli dondurma məhsuluna rast gələrsə, bu barədə AQTA-nın 1003 Çağrı Mərkəzinə məlumat verə bilər. 2013-cü ildə Azad İstehlakçılar Birliyi beynəlxalq təşkilatın layihəsini həyata keçirirdi. Həmin layihə çərçivəsində Azərbaycan istehlakçıları üçün "Qida Təhlükəsizliyi" nişanı təsis etdik. Azərbaycanda yalnız bir dondurma istehsalçısına bu nişan şamil olunmuşdu".

Eyyub Hüseynov istehlakçılardan dondurmaların qış aylarında istehsal edilərək yay mövsümünə qədər saxlanılması ilə bağlı da məlumatlar aldığını söyləyib: "Dondurma -18°C temperaturda saxlanıldığı halda uzun müddət qoruna bilər və bu zaman məhsulun keyfiyyətində dəyişiklik baş verməyə bilər. Lakin yenə də istehlakçılara istehsal və son yararlılıq tarixləri arasındakı müddəti mümkün qədər qısa olan dondurmalara üstünlük verməyi tövsiyə edirəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 383   Tarix: 16 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 606
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 460
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 603
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18.10.2026 1341
.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"in hekayəsindən bəhs olunacaq. Layihədə həmçinin Çağata

24.10.2026 584
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 776
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 659
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 593
.

"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill

24.10.2026 553
.