Naxçıvanın yeni inkişaf modeli: Enerji ixracı və regional logistika hədəfi

Naxçıvanın yeni inkişaf modeli: Enerji ixracı və regional logistika hədəfi"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfər ediblər. Ölkə başçısı və birinci xanım səfər çərçivəsində bir sıra mühüm layihələrlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak ediblər. Prezidentin səfər zamanı verdiyi geniş müsahibə isə xüsusilə diqqət çəkib".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, müsahibədə diqqət çəkən ilk məqam Naxçıvanın inkişaf strategiyasının təhlükəsizlik məsələsindən başlanmasıdır. Naxçıvanın coğrafi xüsusiyyətləri onu Azərbaycanın digər ərazilərindən fərqləndirir və Prezident də bunu xüsusi vurğulayıb. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizlik arxitekturasının ayrıca prioritet kimi nəzərdən keçirildiyini göstərir:

"Prezident enerji təhlükəsizliyini fiziki təhlükəsizlikdən sonra ikinci mühüm amil kimi xarakterizə edib. Bu, Naxçıvanla bağlı strategiyanın əsas xüsusiyyətlərindən birini ortaya qoyur. Naxçıvanın enerji təminatı artıq yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Prezidentin sözlərindən aydın olur ki, əsas məqsəd enerji təhlükəsizliyini tam təmin etdikdən sonra Naxçıvanı enerji ixrac edən məkana çevirməkdir.

Bu baxımdan 300 meqavatlıq istilik elektrik stansiyasının tikintisi, 50 meqavatlıq günəş elektrik stansiyalarının, yeni su elektrik stansiyalarının, daha böyük günəş enerjisi layihələrinin və batareya saxlanc sistemlərinin yaradılması vahid enerji strategiyasının ayrı-ayrı istiqamətləridir.

Prezidentin təqdim etdiyi rəqəmlər bu ambisiyanın miqyasını göstərir. Naxçıvanda mövcud generasiya gücünün təxminən 200 meqavat olduğunu bildirən Prezident gələcəkdə yalnız günəş enerjisi hesabına ən azı 500, hətta 1000 meqavatlıq potensialdan danışıb. Burada söhbət sadəcə əlavə elektrik enerjisi istehsalından getmir. Məsələnin digər mühüm tərəfi bu enerjinin xarici bazarlara çıxarılmasıdır.

Bu yanaşmanın daha geniş tərəfi isə Naxçıvanın Azərbaycanın ümumi enerji ixrac strategiyasına daxil edilməsidir. Prezident Naxçıvandan Türkiyəyə, İrana və perspektivdə Avropaya enerji ixracını mümkün istiqamətlər kimi göstərib. Buradan belə nəticə çıxır ki, Naxçıvanın coğrafi təcrid xüsusiyyəti müəyyən mənada iqtisadi üstünlüyə çevrilməyə çalışılır.

Müsahibənin ən geniş və siyasi-strateji baxımdan ən əhəmiyyətli hissəsi isə, şübhəsiz, Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin təqdim etdiyi mənzərədə Zəngəzur dəhlizi yalnız dəmir yolu və ya avtomobil yolu layihəsi deyil. Əksinə, gələcəkdə nəqliyyat, enerji, fiber-optik kommunikasiya və digər infrastruktur xətlərinin keçəcəyi çoxfunksiyalı regional bağlantı kimi nəzərdən keçirilir.

Prezidentin fikrincə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpası muxtar respublikanın iqtisadi potensialını köklü şəkildə dəyişə bilər. Bu halda Naxçıvan sadəcə son məntəqə deyil, böyük nəqliyyat marşrutlarının üzərində yerləşən tranzit mərkəzə çevrilə bilər.

Burada 15 milyon tonluq yükötürmə qabiliyyəti məsələsi xüsusilə diqqət çəkir. Hazırkı dəmir yolunun təxminən 1,5 milyon ton yükötürmə qabiliyyətinə malik olduğunu bildirən Prezident gələcəkdə bu göstəricinin 15 milyon tona çatdırılmasının hədəf olduğunu qeyd edib. Bu, sadəcə dəmir yolunun bərpası deyil, tamamilə başqa miqyasda logistika sisteminin qurulması deməkdir.

Ən mühüm məsələlərdən biri isə vaxt faktorudur. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan öz ərazisində həyata keçirməli olduğu işləri Ermənistan ərazisindəki proseslərə bağlamamalıdır. Azərbaycanın yanaşması ondan ibarətdir ki, üzərinə düşən infrastruktur işləri əvvəlcədən və mümkün qədər sürətlə həyata keçirilməlidir. Başqa sözlə, Azərbaycan öz ərazisindəki hazırlığı başa çatdırmaqla gələcək regional bağlantının texniki və iqtisadi bazasını əvvəlcədən formalaşdırmağa çalışır.

Müsahibənin gələcək üçün nəticələri baxımından ən diqqətçəkən hissələrindən biri də idarəetmə məsələsidir. Prezident Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda da tətbiq olunduğunu bildirərək bunu struktur islahatlarının tərkib hissəsi kimi təqdim edib.

Burada mühüm məqam Naxçıvanın muxtar respublika statusunun saxlanılmasının ayrıca vurğulanmasıdır. Yəni Prezidentin təqdim etdiyi yanaşmada söhbət muxtariyyət statusunun dəyişdirilməsindən deyil, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindən gedir.

Prezidentin "idarəetmə qaydaları təkmilləşməlidir" fikri də bu baxımdan əsas tezislərdən biridir. Məqsəd yalnız yeni layihələr həyata keçirmək deyil, həmin layihələrin icrasını daha çevik və koordinasiyalı idarəetmə mexanizmləri ilə təmin etməkdir.

Prezidentin qeyd etdiyi yeni modeldə Naxçıvan təhlükəsizlik baxımından möhkəmləndirilmiş, enerji baxımından özünü təmin edən və gələcəkdə ixrac potensialına malik, nəqliyyat baxımından Azərbaycanı Türkiyə və İranla daha sıx birləşdirən, sənaye və logistika baxımından yeni iqtisadi funksiyalar qazanan, turizm və kənd təsərrüfatı potensialını genişləndirən, idarəetmə baxımından isə daha çevik mexanizmlərlə idarə olunan regional mərkəz kimi təsəvvür edilir.

Bunun həyata keçməsi isə ilk növbədə dəhliz layihələrinin vaxtında reallaşmasından, infrastruktur layihələrinin ardıcıl icrasından, xarici və yerli investisiyaların cəlb edilməsindən və yeni idarəetmə mexanizmlərinin real nəticələr verməsindən asılı olacaq.

Prezidentin təqdim etdiyi strategiyanın əsas fərqi də məhz buradadır. Naxçıvanın gələcəyi əvvəlki kimi Azərbaycanın əsas hissəsindən fiziki ayrılığın yaratdığı çərçivə ilə izah edilmir. Əksinə, həmin coğrafi mövqe qarşıdakı mərhələdə Naxçıvanı Azərbaycanın regional bağlantılar sistemində mühüm qovşaqlardan birinə çevirə biləcək əsas üstünlüklərdən biri kimi təqdim olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?

Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq

13.11.2026 290
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 101
.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 391
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 195
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 330
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 477
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 170
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 177
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 0
.