Paşinyan Aİİ-ni hədələdi
"Ermənistanın ixracı ilə bağlı problemlərin həlli və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına riayət olunmasının təmin edilməsi çox vacibdir, əks halda mövcud böhran təşkilatın dağılmasına səbəb ola bilər".
Yenavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 29-da jurnalistlərlə söhbətində bildirib.
Baş nazir Aİİ daxilindəki münasibətlər və alternativ siyasət məsələsi barədə ətraflı məlumat verib.
"Aİİ ilə münasibətlərdə problemlər məlum səbəblərdən yaranıb - çünki Ermənistan alternativlər tapmağa çalışıb. Qanunilik siyasətdə, o cümlədən Rusiyadan olan tərəfdaşlar arasında çox vacibdir. Sual budur ki, bu alternativ nə vaxt reallaşdırılmalıdır. Mayın 29-da Aİİ ölkələrinin liderləri öz bəyanatlarında Ermənistanın Aİ üzvlüyü ilə bağlı referendum keçirmək hüququnu tanıdılar və bununla da, bu gündəliyin legitimliyini qəbul etdilər", - Ermənistanın Baş naziri bildirib.
O, daha sonra Rusiya rəhbərliyi ilə dialoqunun təfərrüatlarını və referendumla bağlı mövqeyini açıqlayıb.
"Mən Rusiya Prezidentinə açıq şəkildə bildirdim ki, referendum subyektin özü olmadan keçirilə bilməz. Buna görə də, referendum keçirilməzdən əvvəl Avropa İttifaqına qoşulmaq üçün ərizə təqdim etməliyik. Bu alternativi inkişaf etdirməliyik. Biz Ermənistanın alternativlər hazırlamaq üçün qanuni hüququ olduğu barədə ortaq bir anlayışa gəldik və mən bu yolda davam edəcəyimizi bildirdim", - Paşinyan əlavə edib.
Digər tərəfdən, Ermənistan Baş naziri Aİİ bazarında yaranan maneələrin tez bir zamanda aradan qaldırılmaması halında nəticələr barədə xəbərdarlıq edib.
"Ermənistanın alternativsiz qalacağı bir vəziyyəti təsəvvür edə bilmirəm. Bizim həmişə alternativimiz olmalıdır. Və əgər bu məsələ tez bir zamanda həll olunmasa, bu, Aİİ üçün sonun başlanğıcı olacaq", - Paşinyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistan vətəndaşlarının Aİ və Aİİ arasında seçim etməli olacaqları referendum keçirilməsinin zəruriliyini qeyd etmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 453 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 316 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 191