Putin Lukaşenkonun razılığı olmadan Belarus ordusunu müharibəyə cəlb edə bilər
Rusiyanın oktyabr ayında yeni səfərbərlik elan edəcəyi təqdirdə, 2027-ci ilin may ayına qədər ordusunun şəxsi heyətini maksimum sürətlə artıracağı və Belarus ordusunu da müharibəyə cəlb etməyə cəhd göstərə biləcəyi iddia olunur.
Bizimyol.info xəbər verir ki, bu barədə "Strategiya XXI" Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuk Ukrayna mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna Müdafiə Qüvvələri iki əsas strategiya tətbiq edir: Rusiyanın resurslarını tükəndirmək və canlı qüvvəsini məhv etməklə hücum potensialını zəiflətmək.
Lakiyçuk qeyd edib ki, Ukrayna qüvvələri hər ay təxminən 30-35 min rus hərbçisini sıradan çıxarır. Eyni zamanda, Rusiya da aylıq təxminən bu qədər şəxsi heyəti ordu sıralarına cəlb edə bilir. Ekspert hesab edir ki, Moskva hazırda ya itkilərini kompensasiya edə, ya da ehtiyat qüvvə toplaya bilir, lakin hər iki prosesi eyni vaxtda tam həyata keçirmək iqtidarında deyil.
Onun fikrincə, bu vəziyyətdən çıxmaq üçün Kreml Belarus və ya Şimali Koreyanın hərbi qüvvələrindən istifadə etməyə cəhd göstərə bilər.
"Lukaşenko ordusunu Putinə vermək istəmir. Amma bu, Putinin onu öz iradəsinə zidd şəkildə cəlb etməyə çalışmayacağı anlamına gəlmir. Belə olacağı təqdirdə, Rusiya əlavə 40-60 min hərbçi əldə edə bilər", - deyə Lakiyçuk bildirib.
Ekspert əlavə edib ki, Şimali Koreya da alternativ variant olaraq qalır. Onun sözlərinə görə, Pxenyan daha əvvəl Rusiyaya 10-11 min hərbçi göndərib və tərəflər arasında yeni razılaşmanın əldə olunması ehtimalı yüksəkdir.
Lakiyçuk hesab edir ki, əgər Rusiya oktyabrda yeni səfərbərlik elan etsə, ordunun sayının artımı təxminən altı ay davam edəcək və maksimum səviyyəyə 2027-ci ilin mayında çatacaq.
Ekspert vurğulayıb ki, Ukraynanın bu mümkün ssenariyə hazırlaşmaq üçün vaxtı var. Onun sözlərinə görə, bunun üçün təkcə səfərbərlik tədbirləri deyil, həm də müdafiə mövqelərinin gücləndirilməsi, ehtiyat qüvvələrin artırılması və pilotsuz uçuş aparatlarının sayının çoxaldılması vacibdir.
Qeyd: Bu açıqlamalar Pavel Lakiyçukun şəxsi qiymətləndirmələridir və Rusiyanın Belarus ordusunu müharibəyə cəlb edəcəyinə dair rəsmi təsdiq mövcud deyil.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 453 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 316 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 191