Uşaq bezi seçərkən bunlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA
Uşaq bezi valideynlərin hər gün istifadə etdiyi ən vacib gigiyena məhsullarından biridir. Lakin bazarda onlarla fərqli marka və modelin olması seçim etməyi çətinləşdirir. Yanlış seçilən bez körpənin dərisində qızartı, səpkilər, allergik reaksiyalar və narahatlıq yarada bilər.
Uşaq bezi seçərkən yalnız qiymətə və ya tanınmış brendə deyil, məhsulun tərkibinə, hava keçirmə xüsusiyyətinə, mayeni udma qabiliyyətinə və körpənin yaşına, çəkisinə uyğun ölçüsünə diqqət yetirmək vacibdir. Bəs valideynlər uşaq bezi alarkən hansı məqamlara xüsusi önəm verməlidirlər?
Mövzu ilə bağlı dermatoloq Aynur Quliyeva BiG.AZ-a açıqlamasında bildirdi ki, yeni doğulan və azyaşlı uşaqların dərisi böyüklərlə müqayisədə daha həssas olduğu üçün uşaq bezi seçiminə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, bez kifayət qədər hava keçirməli, mayeni tez hopdurmalı və dərinin uzun müddət nəm qalmasının qarşısını almalıdır: "Uzun müddət dəyişdirilməyən və ya keyfiyyətsiz materialdan hazırlanan bezlər pişik, qızartı, səpkilər və hətta kontakt dermatitə səbəb ola bilər. Valideynlər uşaq bezi alarkən məhsulun ölçüsünün körpənin çəkisinə uyğun olmasına, tərkibində kəskin ətirləndiricilər və qıcıqlandırıcı maddələrin olmamasına diqqət etməlidirlər. Yeni marka istifadə edilərkən isə ilk günlərdə uşağın dərisində hər hansı allergik reaksiya yaranıb-yaranmadığı müşahidə olunmalıdır.
Əgər davamlı qızartı, yara və ya səpkilər əmələ gəlirsə, bez dəyişdirilməli və mütləq dermatoloqa müraciət edilməlidir. Bundan əlavə, bez nə qədər keyfiyyətli olsa da, onun vaxtında dəyişdirilməsi körpənin dəri sağlamlığının qorunmasında əsas şərtlərdən biridir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 453 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 316 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 191