Netanyahunun Zelenski ilə görüşdən imtinası nə deməkdir? - POLİTOLOQDAN AÇIQLAMA

Netanyahunun Zelenski ilə görüşdən imtinası nə deməkdir? - POLİTOLOQDAN AÇIQLAMAİsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşdən imtina etməsi beynəlxalq siyasi dairələrdə diqqət çəkib. Məlumata görə, Zelenskinin ofisi görüşün təşkili üçün müraciət etsə də, Netanyahunun dəftərxanası proqramın sıxlığını əsas gətirərək görüşün baş tutmayacağını bildirib.

Hadisə İsrail-Ukrayna münasibətləri və Tel-Əvivin Rusiya-Ukrayna müharibəsinə yanaşması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Benyamin Netanyahunun Vladimir Zelenski ilə görüşdən imtina etməsi təsadüfi diplomatik addım kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu qərar İsrailin hazırkı xarici siyasət prioritetləri və regionda formalaşan təhlükəsizlik gündəliyi ilə bağlıdır: "Hazırda İsrail üçün əsas prioritet İran, Qəzza zolağındakı vəziyyət və ABŞ ilə strateji koordinasiyanın gücləndirilməsidir. Bu baxımdan Vaşinqton səfərinin gündəliyində də əsas diqqət həmin məsələlərə yönəlib. Zelenski ilə görüşdən imtina isə Ukraynaya münasibətin dəyişməsi kimi yox, daha çox diplomatik prioritetlərin fərqli olması kimi qiymətləndirilə bilər. Bununla belə, bu addım Kiyev tərəfindən siyasi mesaj kimi qəbul edilə və iki ölkə arasında münasibətlərin gələcək dinamikasına müəyyən təsir göstərə bilər.

İsrail son illərdə Ukraynaya dəstək versə də, Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışır. Belə həssas dövrdə atılan hər bir diplomatik addım beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və müxtəlif geosiyasi mesajlar kimi şərh olunur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 453
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 413
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.