Həkimlərin sertifikasiyası ilə bağlı yeni qərar olacaq

Həkimlərin sertifikasiyası ilə bağlı yeni qərar olacaq"Sertifikasiya üzrə sual bazası açıq olacaq, yeni tətbiq istifadəyə veriləcək".

Axşam.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev AzTV və "Trend"ə müsahibəsində deyib. Nazir qeyd edib ki, tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil, peşəkar inkişafın təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, cəmiyyətdə geniş müzakirə olunan tibb mütəxəssislərinin sertifikasiyası prosesi cəza və ya təzyiq mexanizmi kimi qiymətləndirilməməlidir. B

Nazir bu prosesin əsas məqsədinin tibb işçilərinin davamlı peşəkar inkişafını təmin etmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək olduğunu bildirib:

"Bu mövzu uzun müddət tibbi icmanın müzakirə mövzusuna çevrilmişdi. Səhiyyə Nazirliyinin mövqeyi daim bir olub. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb işçisini layiqli davamlı tibbi təhsillə təmin etmək, davamlı peşəkar inkişaf imkanları yaratmaq və nəticə etibarilə insanlarımıza, vətəndaşlarımıza göstərilən tibbi xidmətin yüksək keyfiyyətdə təmin edilməsinə zəmanət vermək əsas məqsədimizdir. Sertifikasiya imtahanı özlüyündə heç bir cəza və ya hansısa basqı, sıxıcı məqam deyil. Təbii ki, elə insanlar var ki, imtahana girməkdən çəkinirlər, psixoloji çətinlikləri olur, bunu da anlayırıq.

Sertifikasiya imtahanından keçid faizi tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə 97 faiz idi. Yəni səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil. Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər".

Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazası da mütəmadi yenilənir və yaxın vaxtlarda bu istiqamətdə yeni rəqəmsal həll istifadəyə veriləcək: "Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq sual bazası yenilənir. Buraya daha müasir yanaşmalar, müasir müalicə metodlarına dair məlumatlar daxil edilir. Bu yaxınlarda bu istiqamətdə də rəqəmsal yenilik olacaq.

Davamlı olaraq hər il orta hesabla 50 kredit balı toplamaq imkanı və ya vaxtı olmayan, çox intensiv çalışan mütəxəssislər üçün, yalnız imtahan vermək istəyənlərə xüsusi tətbiq təqdim olunacaq.

Həmin tətbiqdə bütün sual bazası öz əksini tapacaq. Burada gizlədiləsi heç nə yoxdur. Biliyi gizlətmək düzgün deyil, əksinə, onu təbliğ etmək və yaymaq lazımdır. Sual toplusunda hər bir sualın düzgün cavabı göstəriləcək, eyni zamanda onun akademik izahı təqdim olunacaq. Beləliklə, insanlar sadəcə hansı cavabın düzgün olduğunu deyil, məhz niyə həmin cavabın düzgün olduğunu da əlavə ədəbiyyat axtarmadan, tam akademik izahı ilə birlikdə görə biləcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 453
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 413
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.