"Hazırda Ukrayna-İran qarşıdurmasının birbaşa genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək tezdir" - BƏHRUZ QULİYEV

"Hazırda Ukrayna-İran qarşıdurmasının birbaşa genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək tezdir" - BƏHRUZ QULİYEV"Netanyahu ilə Tramp arasında keçirilən son görüşdən dərhal sonra İranın ABŞ qüvvələrinə qarşı raket və hava hücumları həyata keçirdiyinə dair məlumatların yayılması göstərir ki, regionda hərbi-siyasi gərginlik yeni mərhələyə daxil olur. ABŞ hərbçiləri hücumun qarşısının alındığını açıqlayıblar və görüşdə əsas müzakirə mövzularından birinin də İran olduğu təsdiqlənib.

Mən hesab edirəm ki, hazırkı mərhələdə Körfəz ölkələrinin İrana qarşı vahid hərbi koalisiya şəklində genişmiqyaslı əməliyyatlara başlaması ehtimalı hələ ki, yüksək deyil. Çünki Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ərəb ölkələri bir tərəfdən ABŞ-la strateji müttəfiq olsalar da, digər tərəfdən öz ərazilərinin İranın cavab zərbələrinin hədəfinə çevrilməsini istəmirlər. Buna görə də onlar birbaşa müharibədən daha çox müdafiə və təhlükəsizlik əməkdaşlığına üstünlük verə bilərlər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Hazırda Ukrayna-İran qarşıdurmasının birbaşa genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək tezdir" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, İranın Böyük Britaniyanı da xəbərdar etməsi göstərir ki, Tehran münaqişənin coğrafiyasını genişləndirmək imkanına malik olduğunu nümayiş etdirməyə çalışır. Bu cür bəyanatlar ilk növbədə çəkindirici xarakter daşıyır və Qərb dövlətlərinə siyasi mesaj hesab edilməlidir. Lakin hər hansı ölkə birbaşa hərbi əməliyyatlarda iştirak edərsə, risk səviyyəsi də artacaq.

Ukrayna ilə İran arasında son dövrlərdə artan qarşılıqlı ittihamlar da diqqət çəkir. Bu xətt üzrə gərginliyin yüksəlməsi Yaxın Şərqdəki münaqişənin Avropa təhlükəsizlik gündəminə daha çox təsir etməsinə səbəb ola bilər. Bununla belə, hazırda Ukrayna-İran qarşıdurmasının birbaşa genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək tezdir.

"Ümumilikdə hesab edirəm ki, qarşıdakı dövrdə lokal hərbi toqquşmaların, raket zərbələrinin və proksi qüvvələr vasitəsilə əməliyyatların artması ehtimalı daha yüksəkdir. Lakin geniş regional müharibənin başlanması həm ABŞ, həm də Körfəz ölkələri üçün ciddi iqtisadi və geosiyasi nəticələr yaradacağından, əsas güclər hələ də bu ssenarinin qarşısını almağa çalışacaqlar.

Hazırkı vəziyyət göstərir ki, Yaxın Şərqdə təhlükəsizlik mühiti son illərin ən həssas mərhələsinə daxil olub və növbəti günlərdə veriləcək siyasi qərarlar regionun gələcək taleyini müəyyənləşdirəcək."- deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 826   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 453
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 413
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.