Johnson & Johnson-un məhkəmə razılaşması: İstehlakçıları qiymət artımı gözləyirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Johnson & Johnson-un məhkəmə razılaşması: İstehlakçıları qiymət artımı gözləyirmi? - İQTİSADÇIDAN AÇIQLAMADünyanın ən tanınmış səhiyyə və şəxsi gigiyena məhsulları istehsalçılarından olan Johnson & Johnson illərdir davam edən talk əsaslı məhsulların xərçəngə səbəb olması iddiaları ilə bağlı məhkəmə çəkişməsində mühüm addım atıb. Reuters-in yaydığı məlumata görə, şirkət ABŞ-da on minlərlə iddianı həll etmək üçün 5,5 milyard dollarlıq razılaşma təklif edib. Şirkət iddiaları qəbul etmədiyini bildirsə də, uzun sürən hüquqi prosesə son qoymaq məqsədilə bu addımı atdığını açıqlayıb. Razılaşmanın qüvvəyə minməsi üçün iddiaçıların böyük əksəriyyətinin onu qəbul etməsi tələb olunur. Bu qərar həm investorlar, həm də istehlakçılar arasında yeni müzakirələrə səbəb olub. Ekspertlər belə böyük həcmdə təzminat ödənişinin şirkətin gələcək maliyyə siyasətinə necə təsir edəcəyini, xüsusilə də müxtəlif ölkələrdə satılan dərman və şəxsi gigiyena məhsullarının qiymətlərində artıma gətirib-gətirməyəcəyini müzakirə edirlər.

Bəs görəsən, Johnson & Johnson bu itkiləri kompensasiya etmək üçün məhsullarının qiymətlərini bahalaşdıra bilərmi? Bu addımın Azərbaycan bazarında satılan məhsullara təsir ehtimalı varmı?
Johnson & Johnson-un məhkəmə razılaşması: İstehlakçıları qiymət artımı gözləyirmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, nəzəri baxımdan belə bir ehtimal mövcuddur, lakin bunun mütləq baş verəcəyini söyləmək düzgün olmaz. Onun sözlərinə görə, böyük beynəlxalq şirkətlər məhkəmə təzminatları, inflyasiya, istehsal xərcləri və valyuta riskləri kimi əlavə maliyyə yükü ilə üzləşdikdə, bəzən bu xərclərin bir hissəsini məhsul qiymətlərinə yansıtmağa çalışırlar: "Lakin bu qərar təkcə təzminatın həcmi ilə müəyyənləşmir. Johnson & Johnson kimi qlobal şirkət minlərlə adda məhsul istehsal edir və müxtəlif bazarlarda güclü rəqabətlə üz-üzədir. Əgər qiymətləri kəskin şəkildə artırarsa, istehlakçılar alternativ brendlərə üz tuta bilərlər. Buna görə də şirkətlər adətən belə maliyyə yüklərini təkcə qiymət artımı hesabına deyil, həm də xərclərin optimallaşdırılması, istehsalın səmərəliliyinin artırılması və digər maliyyə mexanizmləri hesabına kompensasiya etməyə çalışırlar.

Azərbaycan bazarına gəldikdə isə, burada satılan Johnson & Johnson məhsullarının qiymətinə yalnız şirkətin qlobal qərarları deyil, həm də idxal xərcləri, valyuta məzənnəsi, logistika, gömrük rüsumları və yerli distribütorların qiymət siyasəti təsir göstərir. Buna görə də ABŞ-də ödənilən təzminatın avtomatik olaraq Azərbaycanda satılan məhsulların bahalaşmasına səbəb olacağını demək mümkün deyil.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, söhbət əsasən talk əsaslı məhsullarla bağlı uzun illər davam edən məhkəmə çəkişmələrinin həlli üçün təklif olunan təxminən 5,5 milyard dollarlıq razılaşmadan gedir. Şirkət iddiaları qəbul etmədiyini bildirsə də, uzunmüddətli məhkəmə proseslərini başa çatdırmaq məqsədilə bu razılaşmaya gedib.

Nəticə etibarilə, qiymət artımı ehtimalını tam istisna etmək olmaz. Ancaq belə bir qərarın yalnız təzminat ödənişindən qaynaqlandığını söyləmək doğru olmaz. Əgər gələcəkdə Johnson & Johnson məhsullarının qiymətində artım baş versə, bunun arxasında təzminatla yanaşı istehsal, logistika, inflyasiya və bazar şəraiti kimi digər iqtisadi amillər də rol oynayacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 453
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 413
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.