56 illik binaların taleyi necə olacaq? - Köhnə yaşayış fondunun gələcəyi müzakirədə - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanın mənzil fondunda hələ də onilliklər əvvəl inşa edilmiş çoxmənzilli yaşayış binaları üstünlük təşkil edir. Xüsusilə 1960-1970-ci illərdə tikilən binaların istismar müddəti, təhlükəsizlik vəziyyəti və müasir şəhərsalma tələblərinə uyğunluğu son illər daha çox müzakirə olunan məsələlərdəndir.
Bir sıra ölkələrdə köhnə yaşayış fondunun yenilənməsi prosesi sürətlə aparılsa da, Azərbaycanda bu istiqamətdə işlərin hansı templə davam edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda xüsusilə 1960-1980-ci illərdə inşa edilmiş çoxmənzilli yaşayış binaları bu gün də mənzil fondunun əhəmiyyətli hissəsini təşkil edir. Onun sözlərinə görə, bu binaların əksəriyyəti artıq 50-60 ilə yaxın istismar olunur: "Onların bir hissəsi texniki cəhətdən qənaətbəxş vəziyyətdə olsa da, bir çoxu müasir təhlükəsizlik, enerji səmərəliliyi və şəhərsalma tələblərinə tam cavab vermir. Mənim şəxsi fikrimcə, yaxın illərdə köhnə yaşayış fondunun yenilənməsi və qəzalı vəziyyətdə olan binaların sökülməsi prosesi mərhələli şəkildə sürətlənəcək. Bunun əsas səbəbləri şəhərlərin inkişafı, əhalinin artması, torpaq resurslarından daha səmərəli istifadə ehtiyacı, müasir infrastrukturun qurulması və təhlükəsizlik standartlarının yüksəldilməsidir.
Bununla belə, bu proses yalnız söküntü ilə məhdudlaşmamalıdır. Ən vacib məsələ sakinlərin mülkiyyət hüquqlarının qorunması, ədalətli kompensasiya mexanizminin tətbiqi, müasir şəhərsalma prinsiplərinə uyğun planlaşdırma və sosial infrastrukturun paralel inkişafıdır. Yalnız bu halda yenidənqurma prosesi həm dövlət, həm investor, həm də vətəndaş üçün səmərəli nəticə verə bilər.
Hesab edirəm ki, qarşıdakı 10-15 il ərzində Azərbaycanın iri şəhərlərində, xüsusilə Bakı və ətraf ərazilərdə köhnə yaşayış fondunun yenilənməsi daha sistemli və sürətli mərhələyə keçəcək. Bu, daşınmaz əmlak bazarının inkişafına, şəhər mühitinin keyfiyyətinin yüksəlməsinə və vətəndaşların daha təhlükəsiz və komfortlu yaşayış şəraitinə mühüm töhfə verəcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 979 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 453 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 316 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 191