Psixoloji dəstək üçün süni intellektə etibar etmək olarmı? - PSİXOLOQDAN AÇIQLAMA
Son illərdə süni intellekt əsaslı çat-botlar və rəqəmsal platformalar təkcə gündəlik suallara cavab vermək üçün deyil, həm də emosional dəstək və psixoloji məsləhət almaq məqsədilə istifadə olunur. Bir çox insan stress, narahatlıq, tənhalıq və digər psixoloji çətinliklərlə üzləşdikdə ilk olaraq bu proqramlara üz tutur.
Bəs süni intellektdən psixoloji dəstək almaq nə dərəcədə etibarlıdır? O, peşəkar psixoloqu əvəz edə bilərmi, yoxsa yalnız köməkçi vasitə kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, psixoloji dəstək üçün ChatGPT yə müraciət faydalı ola bilərmi? Bəzi hallarda bəlkə də faydası dəyə bilər amma amma peşəkar psixoloji yardımı tam əvəz etmir. Kimlər dəstək üçün proqrama müraciət edir? Təbii ki, maddi tərəfi düşünənlər və proqram gecə-gündüz əlçatandır, cavab almaq üçün gözləmək lazım olmur. İnsan sözlə ifadə edə bilmədiyini, proqram onun əvəzinə ifadə edir. Mühakimə etmədən, özü ilə üzləşdirmədən dinləyir. Amma proqram diaqnoz qoya bilmir. İnsanlar adətən problem danışarkən özünün haqlı tərəflərini danışır və proqram da onun haqlı olduğunu vurğulayır. Bu isə şəxsi təhlil, inkişafı dayandırır. Proqram limitsiz danışa və dinləyə bilər.
Psixoloji seans isə limitlidir, çünki hər seans insanın bağlı potensialını açır. Özünüdərki, fərqindəliyi oyadır. ChatGPT yaxşı məlumatı olan və diqqətlə dinləyən bir söhbət köməkçisidir. Psixoloji yardım isə yalnız söz mübadiləsindən ibarət deyil. Psixoloji seans empatiya, emosional həssaslıq, səs tonu, mimika, bədən dili, uyğun anda verilən reaksiyalar və insanın özünü canlı hiss etməsini təmin edən qarşılıqlı əlaqədir. Bütün bunlar sözlə birlikdə insanın emosional tənzimlənməsinə və daxili dəyişiminə təsir göstərir.
Süni intellekt söz emal edir, psixoloq isə həm bədən dili, həm söz, həm də emosiyanı çatdırır, həm alır, həm də anında analiz edir. ChatGPT biliyi məhdud olan, söz bazası kasad olan, aşağı empatiya səviyyəsi olan, psixologiya sahəsində az biliyi olan insanlar üçün faydalı bir ilkin dəstək vasitəsi ola bilər. Bəzən psixoloqlara yanlış sual verirlər ki, "siz hansısa insanı sağaltmısınız?". Psixoloqun işi sağaltmaq deyil, insanın özünü psixoloq olmağa hazırlamaqdır.
Peşəkar psixoloq pasiyent sayının çoxluğu ilə deyil, öz daxili psixoloqunu kəşf edən insan yetişdirməyi ilə seçilir. ChatGPT isə bu prosesdə insanı məlumatlandıran və ya istiqamət verən vasitədir, amma terapevtik münasibəti əvəz edə bilməz.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 989 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 453 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 316 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 191