Kim Çen In ordusunu bu ölkəyə yeridir - Müharibədə yeni mərhələ
İndiyədək yalnız Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak edən, itkilər verən və hətta əsir düşən Şimali Koreya hərbçiləri ilk dəfə olaraq bilavasitə Ukrayna ərazisindəki cəbhə xəttinə cəlb oluna bilər.
"AzPolitika" xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya müharibədə istifadə etmək üçün KXDR-dən daha 30 000 nəfərlik əlavə hərbi kontingent qəbul etməyə hazırlanır. "The National Interest" nəşrinin yazdığına görə, bu məqsədlə artıq Voronej vilayətində lazımi logistik infrastruktur yaradılır.
Nəşr xatırladır ki, Pxenyan bundan əvvəl Rusiyaya 11-14 min civarında hərbçi göndərmişdi. Lakin həmin qüvvələr yalnız Rusiya ərazisində - Kursk vilayətindəki döyüşlərdə yerləşdirilmişdi. Yeni plan gerçəkləşərsə, bu, Şimali Koreya bölmələrinin birbaşa Ukraynanın suveren ərazisindəki hərbi əməliyyatlara qoşulduğu ilk hal olacaq.
Ekspertlərin qiymətləndirməsinə görə, Moskva ölkə daxilində yeni miqyaslı səfərbərlikdən yayınmaq üçün Pxenyanın canlı qüvvəsinə ehtiyac duyur. Kim Çen In rejimi isə bunun müqabilində Rusiyadan maliyyə dəstəyi, yanacaq, ərzaq, müasir hərbi texnologiyalar və ordusu üçün real döyüş təcrübəsi əldə etməyi hədəfləyir. "The National Interest" vurğulayır ki, proses faktiki olaraq "canlı qüvvə müqabilində pul və texnologiya" sövdələşməsinə çevrilib.
Bununla yanaşı, Şimali Koreya bölmələrinin Rusiya ordusuna inteqrasiyasının dil baryeri, logistika və təşkilati çətinliklərlə müşayiət olunacağı, bu qüvvələrin döyüş effektivliyinin isə sual altında qaldığı bildirilir. Lakin on minlərlə yeni hərbçinin cəbhəyə yerləşdirilməsi ehtimalı Moskva-Pxenyan hərbi oxunun daha da möhkəmləndiyini və Ukraynadakı münaqişənin getdikcə daha geniş beynəlxalq miqyas aldığını göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 841 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 453 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 316 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 191