"Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil" - BƏHRUZ QULİYEV

"Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil" - BƏHRUZ QULİYEV"İsrailin Baş naziri Benjamin Netanyahunun ABŞ-a səfəri Yaxın Şərqdə onsuz da kifayət qədər mürəkkəb və həssas vəziyyətin hökm sürdüyü bir vaxtda baş verir. İyulun 28-də onun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü nəzərdə tutulur. Səfərin əsas məqsədi də məhz bu görüşdür.

Netanyahunun hər Vaşinqton səfərindən sonra regionda yeni gərginliklərin baş verməsi müəyyən siyasi dairələrdə artıq bir növ qanunauyğunluq kimi təqdim edilir. Amma bunu birbaşa səbəb-nəticə əlaqəsi kimi qiymətləndirmək doğru olmaz. Əsas məsələ budur ki, Netanyahu-Tramp görüşləri adətən Yaxın Şərqdə kritik mərhələlərə təsadüf edir və bu baxımdan onların siyasi əhəmiyyəti kifayət qədər böyükdür." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.

"Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, bu dəfə görüşün əsas gündəmində İran məsələsinin dayanacağı gözlənilir. Netanyahu özü də Trampla İran daxil olmaqla bütün aktual məsələləri müzakirə edəcəyini açıqlayıb.

Burada əsas sual ondan ibarətdir ki, İsrail tərəfi ABŞ administrasiyasını yenidən daha sərt hərbi xəttə sövq etməyə çalışacaqmı, yoxsa Vaşinqtonun hazırkı siyasi-diplomatik yanaşması üstünlük qazanacaq?
"Hesab edirəm ki, Trampın əsas marağı yeni genişmiqyaslı müharibəyə başlamaqdan daha çox, mövcud qarşıdurmanı müəyyən siyasi nəticəyə çevirməkdir.

Digər mühüm məsələ Qəzzadır. İsrailin beynəlxalq sabitləşdirmə qüvvəsinin Qəzzanın müəyyən hissələrinə daxil olmasına razılıq verməsi göstərir ki, artıq söhbət təkcə hərbi əməliyyatlardan deyil, müharibədən sonrakı mərhələnin formalaşdırılmasından gedir.

Ona görə də Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil. Burada daha geniş geosiyasi proses gedir. İranın nüvə proqramı, Qəzzada atəşkəs və sonrakı idarəçilik, Livan, Suriya, Türkiyə və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması kimi məsələlər bir-biri ilə əlaqəlidir.

Fikrimcə, Netanyahu bu səfərdə Trampdan İsrailin təhlükəsizlik maraqlarına daha açıq təminatlar almağa çalışacaq. Tramp isə öz növbəsində İsrailin addımlarının ABŞ-ın daha geniş regional strategiyasına uyğunlaşdırılmasında maraqlı olacaq. Çünki Vaşinqton üçün artıq məsələ yalnız İsrailin təhlükəsizliyi deyil, Yaxın Şərqdə yeni müharibələrin qarşısının alınması və regionda yeni siyasi balansın yaradılmasıdır.
Lakin bir məqamı da nəzərdən qaçırmaq olmaz. Yaxın Şərqdə vəziyyət o qədər kövrəkdir ki, diplomatik prosesin pozulması, İranla bağlı yeni kəşfiyyat məlumatı və ya hər hansı hərbi insident qısa müddətdə eskalasiyaya səbəb ola bilər.

Deməli, Netanyahu-Tramp görüşünün əsl mahiyyəti bir növ "müharibəyə davam, yoxsa siyasi mərhələyə keçid?" dilemmasıdır. Mən düşünürəm ki, bu görüşdə əsas müzakirə məhz bundan sonrakı Yaxın Şərq düzəninin necə formalaşdırılması olacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 629   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 225
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 212
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 154
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 334
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 276
.