Azərbaycanda pensiya və maaşla bağlı MÜHÜM XƏBƏR - GÖZLƏNİLƏN SSENARİ
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin bahalaşması Azərbaycanda sosial ödənişlərin artırılması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Belə ki, müzakirələrdə neft gəlirlərinin artmasının uşaqpulunun bərpasına, eləcə də pensiya və digər sosial ödənişlərin artırılmasına təsir edəcəyi iddia olunur.
İddialar nə dərəcədə realdır? Bahalaşma buna təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycan kimi dövlət büdcəsi və ixrac gəlirləri əsasən neft sektorundan formalaşan ölkələr üçün dünya bazarında neftin qiymətinin artması iqtisadiyyat üçün müsbət göstəricidir.
"Çünki neftin qiyməti artdıqca dövlətin ixrac gəlirləri və büdcə daxilolmaları da artır. Lakin bu, o demək deyil ki, neft bahalaşan kimi dərhal pensiyalar, sosial müavinətlər artırılacaq və ya universal uşaqpulu tətbiq ediləcək. Bu cür qərarlar dövlət büdcəsinin imkanları, hökumətin sosial və fiskal siyasəti, eləcə də qəbul olunan büdcə qərarları əsasında verilir. Neftin bahalaşmasının digər tərəfi də var. Adətən enerji daşıyıcılarının qiymətinin yüksəlməsi qlobal inflyasiya təzyiqlərini də artırır. Nəticədə dövlətin gəlirləri artsa da, xərcləri də yüksəlir. Amma neft qiymətləri uzun müddət yüksək səviyyədə qalarsa və dövlətin gəlirləri artarsa, bu, hökumətə sosial xərcləri artırmaq üçün daha çox imkan yarada bilər. Belə olan halda pensiyaların, sosial müavinətlərin və digər ödənişlərin artırılması mümkündür".
İqtisadçı bildirib ki, hazırda Azərbaycanda universal uşaqpulu sistemi tətbiq edilmir:
"Belə bir mexanizmin yaradılması yalnız neftin qiymətindən asılı deyil. Bu, dövlətin sosial siyasətindən, büdcə prioritetlərindən və qanunvericilikdə ediləcək dəyişikliklərdən asılı olan məsələdir. Bundan başqa, neft gəlirlərinin hamısını cari sosial ödənişlərə yönəltmək də düzgün yanaşma olmaz. Bu vəsaitin bir hissəsinin Dövlət Neft Fondunda toplanması, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli iqtisadi sabitlik baxımından daha məqsədəuyğundur.
Eyni zamanda, uzun illərdir həyata keçirilən dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi istiqamətində də müəyyən boşluqlar mövcuddur. Xərclənən hər bir manatın iqtisadi və sosial baxımdan nə qədər nəticə verdiyini ölçən vahid, şəffaf qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var".
Qeyd edək ki, iyulun 23-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85% bahalaşaraq 100.56 ABŞ dolları olub. "Azeri Light"ın əvvəlki qiyməti 98.73 ABŞ dolları təşkil edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 225 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
11:56 212 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi
10:37 276