Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMABuraxılış imtahanlarının nəticələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Açıqlanan statistikaya əsasən, 1472 abituriyent imtahanda 0 bal toplayıb. Bu göstərici həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında suallar yaradıb. Bəs yüzlərlə şagirdin sıfır nəticə göstərməsinin əsas səbəbi nədir?

Məsələ imtahan proqramının çətinliyindən, məktəblərdə hazırlıq səviyyəsinin yetərsiz olmasından, yoxsa qiymətləndirmə sisteminin xüsusiyyətlərindən qaynaqlanır? Bu nəticələr təhsil sistemində hansı problemlərin mövcud olduğunu göstərir və gələcəkdə belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, buraxılış imtahanında 1 472 nəfərin 0 bal toplaması ilk baxışda dəhşətli və mürəkkəb görünə bilər, amma əslində bu nəticə tək bir səbəbdən yaranmayıb. Onun sözlərinə görə, burada həm məktəbdəki təhsil, həm imtahanın öz forması, həm də şagirdlərin şəxsi yanaşması zəncirvari şəkildə bir-birinə bağlanıb: "Ən birinci səbəb hazırlıq səviyyəsi və insanların imtahana münasibətidir. 17 yaşında bir çox gənc ali məktəbə qəbul olunmaq istəyir və bunun üçün repetitor yanına gedir. Amma hər kəsin bu imkanı olmur. Rayon və ya kənd məktəblərində resurslar, bəzən də müəllim təminatı paytaxtdakı kimi olmur. Məktəb təhsili zəif qaldıqda və repetitor dəstəyi də olmadıqda, şagird imtahanda tamamilə çətinliklə üz-üzə qalır. Digər tərəfdən, bu 1 472 nəfərin böyük bir hissəsi, böyük ehtimalla, imtahana sadəcə formal olaraq gələnlərdir. Yəni ali məktəbə girmək fikri olmayan, oxumağa motivasiyası çatmayan və ya sırf attestat almaq üçün gəlib cavab kartını boş buraxan, yaxud təsadüfi işarələyən gənclərdir.

İkinci tərəf isə proqramın özüdür. Əvvəllər imtahanlar daha çox "əzbərlə və yaz" prinsipi ilə işləyirdi. İndi isə Dövlət İmtahan Mərkəzi daha çox mətnin analizi, tənqidi düşüncə və mühakimə yürütmək bacarığını yoxlayır. Əgər şagird illərlə yalnız qayda əzbərləyibsə, amma mətni oxuyub oradan çıxarış etməyi, tətbiq etməyi öyrənməyibsə, imtahan zalında qarşısına çıxan açıq suallar onun üçün keçilməz bir divara çevrilir. Dərsliklərin dilinin ağır və sıxıcı olması da gəncləri fəndən uzaqlaşdıran başqa bir amildir.

Sonuncu məsələ isə qiymətləndirmə sistemi və psixologiyadır. Testlərdə variantlar olanda bəxtini sınayıb hansısa balı toplamaq mümkündür. Lakin açıq tipli və yazı tələb edən suallarda "bəlkə tutdu" məntiqi işləmir. Fikrini tam dəqiq ifadə edə bilməyəndə və ya cavabın sistemin gözlədiyi şablona uyğun gəlməyəndə sıfır bal alırsan. Bunların üstünə bir də imtahan stresini, cavab kartını yanlış kodlaşdırmaq kimi texniki səhvləri və ya gərginlikdən kilitlənib qalmağı gəlsək, mənzərə tam aydınlaşır.

Bir sözlə, bu göstərici nə tək başınadək proqramın çox çətin olması, nə təkbaşına qiymətləndirmənin sərtliyi, nə də təkcə şagirdlərin savadsızlığıdır. Bu, məktəb təhsili ilə imtahanın tələbləri arasındakı uyğunsuzluğun və təhsildən soyuyan gənclərin varlığının acı bir göstəricisidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.