Satışdakı sular nə dərəcədə təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər evlərə və ofislərə çatdırılan qablaşdırılmış içməli suya tələbat xeyli artsa da, istehlakçılar arasında bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar da səngimir. Bəzi vətəndaşlar aldıqları suların dad və keyfiyyət baxımından adi kran suyundan fərqlənmədiyini iddia edir, hətta bazarda satışda olan bəzi suların sağlamlıq üçün yararlı olub-olmaması barədə suallar səsləndirilir. Mütəxəssislərin illər əvvəl səsləndirdiyi "satışda olan suların yalnız az bir hissəsi içməyə yararlıdır" fikri də bu müzakirələri yenidən gündəmə gətirib.
Bəs həqiqətən bazarda satılan bütün qablaşdırılmış sular eyni keyfiyyətdə deyilmi? İstehlakçılar su alarkən hansı məqamlara diqqət yetirməli, keyfiyyətli məhsulu necə seçməlidirlər?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, İçməli su seçərkən əsas meyar brendin tanınmış olması deyil, suyun təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməsidir. Onun sözlərinə görə, bazarda həm təbii bulaq suları, həm mineral sular, həm də təmizlənərək qablaşdırılmış içməli sular satılır: "Hər bir məhsul müvafiq standartlara uyğun istehsal olunmalı və mütəmadi laboratoriya nəzarətindən keçməlidir. "Satışda olan suların yalnız bir-ikisi içməyə yararlıdır" kimi ümumi fikir elmi baxımdan təsdiqlənmiş fakt kimi qəbul edilə bilməz. Əgər hər hansı məhsulun təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunarsa, bunu yalnız rəsmi nəzarət orqanlarının laboratoriya nəticələri əsasında söyləmək mümkündür. Buna görə də bütün qablaşdırılmış suları eyni şəkildə qiymətləndirmək düzgün yanaşma deyil.
Vətəndaşlar su alarkən ilk növbədə qablaşdırmanın bütöv olmasına, qapağın açılmamış vəziyyətdə olmasına, istehsal və son istifadə tarixinə, istehsalçı haqqında məlumatların tam göstərilməsinə və etiketdə suyun növünün (təbii bulaq suyu, mineral su və ya təmizlənmiş içməli su) qeyd edilməsinə diqqət etməlidirlər. Su günəş şüaları altında və yüksək temperaturda saxlanılıbsa, belə məhsulu almaq məsləhət görülmür. Həmçinin suyun dadında, qoxusunda və ya şəffaflığında dəyişiklik hiss edilərsə, ondan istifadə edilməməlidir.
Xüsusilə evlərə və ofislərə çatdırılan 19 litrlik suların qablarının təmizlənməsi və dezinfeksiyası da böyük əhəmiyyət daşıyır. Etibarlı şirkətlər dövri olaraq qabları xüsusi üsullarla yuyur və dezinfeksiya edir. Buna görə də istehlakçılar etibarlı, fəaliyyəti məlum olan və keyfiyyətə nəzarət sisteminə malik istehsalçılara üstünlük verməlidirlər. Bu yanaşma təhlükəsiz içməli su seçimi baxımından ən doğru seçim hesab olunur.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 24 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447